Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
392

Xətai Sənət Mərkəzində uşaq və yeniyetmələr üçün elan edilən rəsm müsabiqəsi davam edir

Xətai Sənət Mərkəzi “Nəsimi ili” çərçivəsində elan olunan “Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsi elan davam edir. Sərgi Mədəniyyət və Təhsil nazirlikləri, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, habelə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Bu barədə AZƏRTAC-a məlumat verən Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov bildirib ki, müsabiqə uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması, eyni zamanda şagirdləri əhatə edən təbii mühiti, onların vətən sevgisini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə təşkil edilib.

Müsabiqədə iştirak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümündəki “Doğma diyar” afişasına toxunaraq və ya http://xsm.az/site/doqmadiyar/ linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldura bilərlər. Dekabrın 7-dək davam edəcək müsabiqəyə seçim iki yaş kateqoriyası üzrə - 12 yaşa qədər, 12-17 yaşarası aparılır. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək. Seçim zamanı kənar (müəllim, valideyn) müdaxiləsiz işlərə üstünlük veriləcək. Müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.

Birinci turdan keçmiş müəlliflərin əsərləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediləcək.

XƏBƏRLƏR

29.01.2020 11:39
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni pilot sorğu keçirmək niyyətindədir
29.01.2020 10:33
“Buratino” nağıl-tamaşası növbəti dəfə təqdim edilib
29.01.2020 10:33
Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb
29.01.2020 09:33
Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd edilib
28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib