Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
18.03.2024 09:35
Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı keçirilibÖzbəkistanın Mədəniyyət və İncəsənətin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycanda ilk dəfə “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı olub. Tamaşanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları və digər qonaqlar izləyiblər. ..
14.03.2024 14:55
Azərbaycan ilk dəfədir Asiyanın ən böyük TV, yayım və film marketində təmsil olunurMədəniyyət Nazirliyi 11-14 mart 2024-cü il tarixində Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilən Beynəlxalq Film və Televiziya Bazarında (FILMART) təmsil olunur. Honkonq Ticarət İnkişafı Şurası (HKTDC) tərəfindən təşkil olunan və Honkonq Konqres və Sərgi Mərkəzində keçirilən FILMART Bazarında 41 ölkədən və regiondan istehsal, distribüsiya, satış agentləri, xidmət təminatçıları, investorlar və 7300-dən çox sənaye mütəxəssisi iştirak edir. Azərbaycan mədəniyyətinin təbliği çərçivəsində yaradıcılıq sahələrinin inkişafının dəstəklənməsi, o cümlədən ölkəmizin kino potensialının təbliğ olunması və yerli kino sənayesinin inkişafına xarici mütəxəssislərin cəlb edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq bu nüfuzlu kino konqresində Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur. Tədbir çərçivəsində Azərbaycanın film çəkilişi məkanı olaraq təbliğ olunması, birgə istehsal üçün imkanların araşdırılması məqsədilə müxtəlif ölkələrin film sənayesi nümayəndələri ilə görüşlər keçirib. ..
13.03.2024 16:03
"V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilibMartın 12-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “AzerNyuMedia“ şirkətinin hər həftənin şənbə və bazar günləri “Real FM“-də təqdim etdiyi “Cinema Radio“ Kino-Radio Kanalının ənənəvi ‘’V Müasir Audiovizual Baxış’’ Mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə kanalının rəhbəri Kamran Qasımov və aparıcısı, eləcə də redaktoru RJ Yaqut ''V Müasir Audiovizual Baxış’’ Mükafatının qalibini elan edib. Mükafat bu dəfə Vətən Müharibəsi mövzusunda ‘’Mən buradayam, ilahi’’ tammetrajlı bədii, ‘’Hasar’’ qısametrajlı bədii filminin quruluşçu rejissoru Qulu Əsgərova təqdim edilib. Təqdimat mərasimində rok ifaçısı Vüsal Rzasoyun ifasında Azərbaycan filmlərindən saundtreklər səslənib. Qeyd edək ki, “Cinema Radio’’ Kino-Radio Kanalı 2019-cu il ildə fəaliyyətə başlayıb, 2019-2022-ci illərdə “Avto FM“-də, 2022-ci ildən isə “Real FM“-də yayımlanır. Kanalın ‘’Müasir Audiovizual Baxış’’ Mükafatı 2019-cu ildən təqdim olunur. ..
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilibMartın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib. İclasdan əvvəl Birgə Komissiyanın həmsədrləri – mədəniyyət naziri Adil Kərimli ilə Xorvatiyanın iqtisadiyyat və davamlı inkişaf naziri Damir Habijan arasında təkbətək görüş olub. Xorvatiyalı naziri salamlayan Adil Kərimli bildirib ki, iki ölkə arasında əlaqələr geniş spektrlidir və bu sahədə iqtisadi əməkdaşlıq xüsusi yer tutur. Qeyd olunub ki, 2023-cü ilin 6 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə Bakıda keçirilən görüşündə Birgə Komissiyanın qarşısında qoyulmuş tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Söhbət zamanı martın 12-də Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes forumunun da əhəmiyyəti yüksək qiymətləndirilib. Nazir Damir Habijan Xorvatiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O, iki ölkə arasında əməkdaşlığın geniş perspektivləri olduğunu, dövlət başçılarının siyasi iradəsi ilə əlaqələrin ildən-ilə inkişaf etdiyini diqqətə çatdırıb. Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib. Sonra Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi və təşviqi üzrə Birgə Komissiyanın 3-cü iclası başlayıb. Azərbaycan və Xorvatiyadan müvafiq qurumların nümayəndələrinin iştirak etdiyi iclasda Birgə Komissiyanın həmsədrləri açılış nitqi söyləyiblər. Hər iki ölkənin məsul nümayəndələrinin iqtisadiyyat və sənaye, enerji, nəqliyyat, mədəniyyət, səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq barədə çıxışları dinlənilib. Çıxışlardan sonra Birgə Komissiyanın həmsədrləri iclasda müzakirə olunan sahələr üzrə əməkdaşlığa dair protokolu imzalanıb. Sonda xatirə fotosu çəkdirilib. Xorvatiya nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub. Qonaqlara mərkəz haqqında ətraflı məlumat verilib. ..
12.03.2024 17:40
Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunurMartın 12-də dünyanın ən böyük kitab sərgilərindən  olan London Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.   Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə ölkəmiz də sərgidə təmsil olunur.  Sərgidə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları və nazirliyin dəstəyi ilə “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC-nin və “Everest” nəşriyyatının nümayəndələri iştirak edirlər.  Nazirliyin nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb. Eyni zamanda Azərbaycan naşirləri öz məhsullarını daha geniş auditoriyaya təqdim etmək üçün görüşlər keçirir, əməkdaşlıq əlaqələri qururlar.  Milli stendimizdə nümayəndə heyəti tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam dünyasının mədəniyyət paytaxtı“ seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.  1971-ci ildən keçirilən London Beynəlxalq Kitab Sərgisində ölkəmiz 129 adda 300-ə yaxın kitabla təmsil olunur. Onlarla ölkədən nəşriyyat, kitab sənayesi nümayəndələri və yazarların iştirak etdiyi sərgi martın 14-dək davam edəcək. ..
07.03.2024 18:18
Azərbaycan filmləri 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edirMədəniyyət Nazirliyinin dəstəyi ilə “Debüt” studiyasında çəkilmiş “İki gün” və “Mozalan” studiyasında çəkilmiş “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmləri 6-10 mart 2024-cü il tarixində Finlandiyada keçirilən 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir. Nazirliyin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olaraq ərsəyə gələn və 44 günlük Vətən müharibəsinə həsr edilmiş filmlərdən “İki gün” Tampere festivalının əsas müsabiqə proqramında, “İkinci planetin qırmızı rəngi” filmi isə “Cənubi Qafqaz nümayişləri” proqramında ölkəmizi təmsil edir. Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı “İki gün” filminin quruluşçu rejissoru Teymur Qəmbərov, prodüserləri Orxan Abbasov və Lika Gavrişdir. “İkinci planetin qırmızı rəngi” filminin isə ssenari müəllifi və quruluşçu rejissoru Azər Quliyev, prodüseri Əli-Səttar Quliyevdir. Filmdə əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə, Əli Nəsib çəkiliblər. Qeyd edək ki, Tampere Film Festivalı Amerika Kino Akademiyasının “Oscar“ mükafatına klassifikasiyalı və Beynəlxalq Film İstehsalçıları Federasiyasına (FİAPF) akkreditasiyalı, dünyanın nüfuzlu kino festivallarındandır. ..
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edibMərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay keçirilən görüşlərdə sakinlərin problem və təklifləri dinlənilir. 2024-cü ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 7-də Zaqatala şəhərində vətəndaşların qəbulu keçirilib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Zaqatala şəhərindəki abidəsi önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla yad edilib. Sonra nazir qəbulun keçirildiyi Zaqatala rayon Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub. Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonlarından sakinlər iştirak ediblər. Vətəndaşların müraciətləri, əsasən, işlə təminat, mövcud problemlər, fəxri adla təltif edilmə, mədəniyyət sahəsi ilə bağlı təklif və digər məsələlərlə bağlı olub. Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, qeydiyyata götürülüb, araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. ..
06.03.2024 10:12
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilirMilli kino ənənələrinin qorunması və gələcək nəsillərə çatdırılması, kino sənətkarlarının irsinin tamaşaçılara daha yaxından tanıdılması və yaşadılması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və C.Cabbarlı adına “Azərbaycanfilm“ kinostudiyasının təşkilatçılığı ilə milli kino sənətkarlarının yubileylərinə həsr olunmuş “Kinomuzu yaradanlar...kinomuzu yaşadanlar“ adlı layihə başlanır. Layihə çərçivəsində kino sənətkarının iştirakı ilə yaradılmış Azərbaycan filmlərinin 2024-cü il ərzində hər ay bir xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində mütəmadi olaraq nümayişləri təşkil ediləcək. ..
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilibMartın 5-də Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisi keçirilib. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərginin məqsədi qədim Azərbaycan-türk qədim dövlətçilik tarixinin simvollarından biri Massaget hökmdarı, qəhrəmanlıq, ədalət rəmzi kimi qəbul olunan Tomris obrazının təsviri sənətdə inikasını göstərməkdən ibarətdir. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər. Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, təsviri sənətdə Tomris obrazına ilk müraciətlər Orta əsr Qərb rəngkarlığına aiddir. Erkən dövrdə Avropa monastırlarında Herodotun “Tarix” əsərinə illüstrasiyalarda, sonralar isə Rubens, Kastanio, Jentileski, Pretti, Brusesfaro və s. rəssamlar ın yaradıcılığında Tomris obrazı əksini tapıb. Diqqətə çatdırılıb ki, XX əsrin ortalarından başlayaraq təsviri sənətdə Tomris obrazı türk bədii mühitində yenidən canlanır. Uzun müddət türk sənət dünyasının bir çox nümayəndələri Tomris obrazına müraciətlərində yerli bədii xüsusiyyətlərlə yanaşı, onun ümumtürk mahiyyətini də vurğulamağa çalışıblar. İlk dəfə olaraq TÜRKSOY-a üzv ölkələrin rəssamları tərəfindən yaradılan Tomris obrazı vahid konsept, ümumtürk tarixi-mədəni dəyərləri müstəvisində təqdim edilir. TÜRKSOY-un baş katibi Sultan Raev 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən sərginin Türk dünyası xalqlarının qadınlara verdiyi önəmin təsahürü olduğunu bildirib: “Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda təşkil edilməsi heç də təsadüf deyil. Tarixi məlumatlara görə, Tomris xatın bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hökmdarı ünvanını alıb“. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, rəssamlarımızın əsərləri ortaq irsimizi, tariximizi və ənənələrimizi ifadə edir: “Bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib olan türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir. Sərgidə iştirakınız üçün hər birinizə təşəkkürümü bildirir, sizləri türk xalqlarının sənət dünyasından zövq almağa dəvət edirəm“. Qazaxıstan Rəssamlar İttifaqının üzvü Botagöz Toleş, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı Səlhab Məmmədov və Xalq rəssamı Sakit Məmmədov tədbirin əhəmiyyətini vurğulayıb, sərginin təşkilində əməyi keçənlərə təşəkkür ediblər. Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb. Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar. Qeyd edək ki, sərgidə Mərkəzi Asiya, Türkiyə və Azərbaycanı təmsil edən 20-dən çox rəssamın – Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sardor Allaberqenov (Özbəkistan), Refik Aziz (Türkiyə), Sembiqali Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Tolkın Tabısbek (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı Jakıpov, Eldar Aytmatov (Qırğızıstan) və başqalarının son 30 ildə ərsəyə gətirdikləri 30-dan artıq rəngkarlıq, qrafika və heykəltaraşlıq əsəri yer alıb. ..