Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
438

Uşaq Kitabxanası “Ümumdünya Ev Heyvanları Günü” ilə əlaqədar uşaqlar üçün ekskursiya təşkil edib

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xətai rayonunda yerləşən 27 nömrəli tam orta məktəbin şagirdləri ilə birgə “Mütaliə sevən dostlar evi” adı altında “Ümumdünya Ev Heyvanları Günü” ilə əlaqədar IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil ediblər.

Ekskursiya çərçivəsində, uşaqlara mərkəz haqqında, onun yaranma tarixi, məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib. Ekskursiyanın təşkilində əsas məqsəd, uşaqlarda, heyvanlara qarşı məhəbbət, diqqət və qayğı aşılamaq idi.

Sonda IDEA Heyvanlara Qayğı Mərkəzinə kitabxana tərəfindən kitab və jurnallar hədiyyə edilib.

Qeyd edək ki, “Ümumdünya Ev Heyvanları Günü”nün təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. Konqres zamanı müxtəlif ekoloji təşkilatlar və təbiəti mühafizə cəmiyyətləri insanlarda bütün canlıların, o cümlədən ev heyvanlarının taleyi üçün məsuliyyət hissi tərbiyə etməyə yönəlmiş müxtəlif tədbirlər keçirməyə hazır olduqlarını bildiriblər.

XƏBƏRLƏR

29.01.2020 11:39
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni pilot sorğu keçirmək niyyətindədir
29.01.2020 10:33
“Buratino” nağıl-tamaşası növbəti dəfə təqdim edilib
29.01.2020 10:33
Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb
29.01.2020 09:33
Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd edilib
28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib