Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
874

Qubada Nizaməddin Şəmsizadənin 65 illik yubileyi qeyd edilib

Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyəti və Xaçmaz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılğı ilə Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 65 illik yubileyinə və ədəbi fəaliyyətinin 40 illiyinə həsr olunmuş “Mən kiməm?” adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Quba rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Allahverdi Xudaverdiyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gecəyə toplaşanlar mədəniyyət mərkəzinin foyesində alimin ədəbi-bədii yaradıcılığını əhatə edən nəşrlərdən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər N.Şəmsizadənin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Nizaməddin Şəmsizadə Azərbaycan ədəbi-tənqidi, ümumilikdə Azərbaycan ədəbiyyatşünaslığı tarixində öz fərdi elmi-nəzəri təfəkkürü ilə seçilən, çağdaş alimlər arasında nüfuzu olan, dərin ədəbi, elmi-nəzəri araşdırmalarında zəngin fəlsəfi mühakimələri ilə də elmi-nəzəri dünyagörüşümüzü zənginləşdirən alimdir.

Nizaməddin Şəmsizadə Azərbaycan ədəbiyyatşünaslığlı, tənqidi və fəlsəfi fikri tarixində çoxəsrlik Azərbaycan ədəbi irsini, müasir Azərbaycan ədəbiyyatı tarixini elmi əsaslarla təhlil və tədqiq etmiş alim kimi mükəmməl elmi irsə malikdir. Onun böyük bir dövrü əhatə edən, 40 illik ədəbi, bədii, elmi, ictimai və pedoqoji fəaliyyəti müasiri olan Azərbaycan ədəbiyyatşünasları tərəfindən obyektiv şəkildə təhlil və tədqiqini tapmışdır. 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir.

Gecədə N.Şəmsizadə haqqında vaxtı ilə dəyərli söz adamlarının dediyi fikirlər səsləndirilib, şeirlərindən nümunələr ifa olunub.

Maraqlı konsert proqramı ilə davam edən gecənin sonunda gecənin təşkilatçılarına və iştirak edənlərə öz təşəkkürünü bildirən yubilyar bundan sonra da yeni elmi əsərləri ilə Azərbaycan ədəbiyyatşünaslığına töhfələr verəcəyini bildirib.

XƏBƏRLƏR

06.04.2020 15:34
İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"
06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb