Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1703

Ötən il Şuşa Dövlət Musiqili Dram Teatrının tarixində əlamətdar hadisələrlə yadda qalıb

Ötən il Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti üçün məhsuldar, uğurlu və əlamətdar hadisələrlə yadda qalıb.

Bu barədə teatrın direktor müavini, Əməkdar artist Azad Məmmədov məlumat verib. Bildirib ki, ötən il dekabrın 24-ü Şuşa teatrının həyatında əlamətdar hadisə olaraq yaşayacaq. Həmin gün Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq “Savalan” kinoteatrı təmir olunaraq Şuşa Dövlət Musiqili Dram Teatrının ixtiyarına verilib. Binanın açılış mərasiminin keçirildiyi günün ölkə başçısının doğum gününə təsadüf etməsi isə xüsusi əhəmiyyət kəsb edib.

Teatrın binasının mövcud hissəsi 2 mərtəbəli, yeni inşa edilmiş hissəsi isə 4 mərtəbəlidir. Burada vestibül, inzibati otaqlar, qrim otaqları, eləcə də texniki və xidməti otaqlar, həmçinin 110 nəfərlik tamaşaçı zalı yaradılıb. İkinci mərtəbədə professional səs, işıq və kinoproyeksiya otaqları yerləşdirilib. Səhnə yenidən qurulub və müasir mexaniki avadanlıqlar quraşdırılıb. Videomüşahidə, yanğından xəbərvermə, yanğınsöndürmə sistemləri yaradılıb və ərazidə 200 kubmetr tutumu olan yanğın və içməli su anbarı tikilib. Bina, həmçinin yeni telekommunikasiya sistemləri ilə təmin edilib. Binanın ətrafında 900 kvadratmetr ərazi abadlaşdırılıb, ağac və gül kolları əkilib. Bütün bunlar Şuşa teatrının yaradıcılığına verilən ən böyük dəyər olmaqla yanaşı, kollektivin qarşısında qoyulan yeni vəzifələr və böyük məsuliyyətdir.

Qeyd edib ki, 2018–ci ildə teatrın repertuarına Altay Məmmədovun “Dəli Domrul”, Xorvat dramaturqu Miro Qavranın “Aktyor əbədiyyətə qovuşanda”, Enurə Abdullayevanın “Əsgər papağı” tamaşaları, Abdulla Şaiqin “Danışan kukla” və “Tıq–tıq xanım” pyesləri əsasında “Danışan gəlincik”, İsgəndər Coşqunun “Çal–oyna” nağıl–tamaşaları hazırlanaraq daxil edilib.

Ötən ildə teatrın yaradıcı heyəti “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Danışan gəlincik”, “Çal–oyna”, “Solğun çiçəklər”, “Əsgər papağı” tamaşaları, “Yanvarın iyirminci günü” adlı musiqili ədəbi–bədii kompozisiya, “Nəğmədir, gülüşdür, hər dərdə məlhəm” və “Azərbaycan – yurdum mənim” adlı konsert proqramları ilə bir sıra ali və orta məktəblərdə, məktəbəqədər tərbiyə müəssisələrində, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Beynəlxalq Muğam Mərkəzində, “Azərsun Holdinq” Şirkətlər Qrupunun Mədəniyyət Mərkəzində, hərbi hissələrdə çıxış etməklə yanaşı, Pirallahı qəsəbəsində, İmişli, Biləsuvar, Tərtər, Şabran, Şəmkir və Gədəbəy rayonlarında qastrol səfərlərində olub.

Bundan əlavə, teatrın yaradıcı heyəti Novruz bayramı, Milli Musiqi Günü, Beynəlxalq Qadınlar Günü, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən “Qarabağda bir gün” tədbirlərində, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28–ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində “Yanvarın iyirminci günü” adlı ədəbi–bədii kompozisiya, Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26–cı ildönümü ilə əlaqədar keçirilən anım mərasimində Enurə Abdullayevanın “Əsgər papağı” tamaşası, Azərbaycan Silahlı Qüvvələri və Polisinin 100 illiyi münasibətilə keçirilən tədbirdə “Azərbaycan – Yurdum mənim” adlı konsert proqramı ilə uğurla çıxış edib.

Azad Məmmədov diqqətə çatdırıb ki, ötən il teatrın əməkdaşları bır sıra mükafatlara layiq görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə Şükufə Musayeva Xalq artisti, Teymur Məmmədov isə Əməkdar artist adına layiq görülüb və bu da dövlətimizin, ölkə başçısının Şuşaya və onun mədəniyyətinə olan böyük diqqətinin bariz nümunəsidir. Azərbaycan peşəkar milli teatrının yaranmasının 145 illiyi və Azərbaycan Teatr Xadimləri İttifaqının yaranmasının 120 illiyi münasibətilə dram artisti Mətanət Eres Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı, teatrın direktoru, Əməkdar artist Yadigar Muradovun anadan olmasının 60 illik yubileyi ilə əlaqədar “Tərəqqi” medalı və Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” medalı ilə təltif edilməsi təkcə bu iki nəfərin deyil, ümumilikdə, bütün kollektivin əməyinə verilən ən yüksək qiymət hesab oluna bilər.

Hazırda teatrda bir nəfər Xalq artisti, beş nəfər Əməkdar artist, bir nəfər Əməkdar mədəniyyət işçisi, iki nəfər Prezident mükafatçısı fəaliyyət göstərir. İki nəfər “Tərəqqi” medalı, altı nəfər isə Mədəniyyət Nazirliyinin təsis etdiyi “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.

Ötən il ərzində 100 tamaşa oynanılıb, 10 min tamaşaçıya mədəni xidmət göstərilib.

Teatrın 2019-cu il üçün nəzərdə tutulmuş repertuarında 16 tamaşa, 2 konsert proqramı, 4 musiqili ədəbi–bədii kompozisiya vardır.

Teatrın direktor müavini vurğulayıb ki, Şuşa teatrı yaşayır, yaradır və ən başlıcası sabaha inamla baxmağı bacarır.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib