Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
270

Gənclər Kitabxanasının əməkdaşları ADA Universiteti kitabxanasının iş təcrübəsi ilə tanış olublar

12 fevral 2020-ci il tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları iş təcrübəsi ilə tanış olmaq məqsədilə müasir texnologiyalar infrastrukturuna malik ADA Universiteti Kitabxanasına baş çəkiblər.

Kitabxananın direktoru Elçin Məmmədov kitabxananın fəaliyyəti barədə ətraflı məlumat verdi və bildirdi ki, kitabxana müasir informasiya texnologiyaları və proqram təminatı əsasında fəaliyyət göstərir. Kitabxanada tətbiq edilən Millennium Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi yeni-OCLC WMS Kitabxana-İnformasiya Sistemi ilə əvəz edilmiş və hal-hazırda kitabxananın  bütün informasiya prosesləri bu sistem vasitəsilə  avtomatlaşdırılmışdır.

ADA Universitetinin kitabxanasının mütəxəssisləri - Vəfa Məmmədova istifadəçi xidməti haqqında və Nigar Babayeva Tədqiqat və Tədris Xidmətləri haqqında praktiki məlumat verdilər, sualları ətraflı cavablandırdılar.

Görüş zamanı ADA Universiteti Kitabxanası və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası arasında kitab mübadiləsi və qarşılıqlı əməkdaşlıq barədə ilkin razılıq əldə edildi.

XƏBƏRLƏR

20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub