Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
281

20 Yanvar Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər davam edir. Faciənin 30-cu ildönümü münasibətilə mərkəzin əməkdaşları tərəfindən ümumtəhsil məktəblərində məruzələr keçirilir, sərgilər nümayiş olunur. Mərkəzdə fəaliyyət göstərən kursların üzvlərinin iştirakı ilə film nümayişləri, dəyirmi masalar təşkil edilir.

Ağcabədi Regional Mədəniyyət İdarəsi, Heydər Əliyev Mərkəzi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən növbəti tədbirdə 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət işçilərinin, rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgər və zabitlərinin iştirak etdiyi tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Musa çıxış edərək, 20 Yanvar faciəsindən və Azərbaycan xalqının azadlıq uğrunda apardığı mübarizədən danışıb. Bildirib ki, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli Liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham edərək, bəyanatla çıxış etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Sonra mərkəzin əməkdaşı Rövşanə Əliyevanın “Qan yaddaşımız” adlı məruzəsi dinlənilib. Ağcabədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini, 20 Yanvar hadisələrinin canlı şahidi olmuş Eldəniz Qəmbərov, mədəniyyət işçisi Gündüz Nəcəfov, N saylı hərbi hissənin zabiti Elcan İsayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova mövzu ətrafında çıxış edərək, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb, bu qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırıblar.

Çıxışlardan sonra faciəni özündə əks etdirən sənədli film nümayiş olunub. Heydər Əliyev Mərkəzinin "Həvəskar aktyorluq və bədii qiraət" kursunun üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş "Zəfər gecəmiz" adlı ədəbi-bədii şeir kompozisiyası ilə çıxış ediblər.

XƏBƏRLƏR

20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub