28.02.2024 01:18
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il 6 mart tarixində saat 10:00-da Zaqatala rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Zaqatala şəhəri, Car küçəsi küçəsi, 1) Balakən, Qax, Qəbələ, Oğuz, Şəki, Zaqatala şəhərlərindən olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 4 mart 2024-cü il tarixinə qədər Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin shaki-zaqatala@culture.gov.az elektron poçt ünvanı, (024) 244-74-93 telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.