Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1487

“Gənc teatr prodüserləri üçün laboratoriya” fəaliyyətə başladı

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YARAT Müasir İncəsənət Məkanı və Rusiya Dövlət Teatr Sənəti İnstitutu (QİTİS) ilə birgə “Gənc teatr prodüserləri üçün laboratoriya”sını həyata keçirir.

Oktyabrın 25-də YARAT Müasir İncəsənət Məkanında layihənin açılış mərasimi oldu. YARAT Müasir İncəsənət Məkanının İctimai Proqramlar Departamentinin rəhbəri Ülviyyə Axundova qonaqları salamlayaraq pandemiya səbəbindən uzun fasilədən sonra məkanlarında teatra həsr olunan belə bir layihənin keçirilməsindən məmnunluğunu ifadə etdi.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova çıxış edərək layihənin məqsədindən söz açdı. Diqqətə çatdırdı ki, Mədəniyyət Nazirliyindəki islahatlar teatr sahəsini də əhatə edir: “Ölkəmizdə teatr menecmentinin və prodüserlik strukturunun inkişafı, teatr idarəetməsi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması yeni layihənin əsas məqsədini təşkil edir. Teatr idarəçiliyi, menecment bu gün prioritet məsələlərdəndir. Buna görə də həmyerlimiz, QİTİS-in İfaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının müdiri Elşən Məmmədovla bu layihəyə başlamaq qərarına gəldik”.

Şöbə müdiri qeyd etdi ki, məşhur təhsil ocağının peşəkar pedaqoqları layihəyə cəlb olunub: “Bu laboratoriya nazirliyin strateji hədəflərə istiqamətlənmiş silsilə layihələrinin tərkib hissəsidir. Bu layihə QİTİS-lə əlaqələrdə yolun başlanğıcıdır. Müasir teatrın inkişafını prodüsersiz təsəvvür etmək mümkün deyil. Düşünürük ki, layihə uğurlu olacaq.

Təşkilatçılara minnətdarlığını bildirən QİTİS-in kafedra müdiri Elşən Məmmədov Bakıda teatr təcrübələrini bölüşməkdən məmnunluğunu ifadə etdi. Laboratoriyada çalışacaq pedaqoqlar haqqında məlumat verən mütəxəssis dedi ki, teatr sahəsində prodüserlik bu gün ən aktual məsələlərdən biridir. Postsovet məkanı ölkələrdə teatr sahəsində inkişaf və yenilikləri həyata keçirmək, teatr prodüserliyi sahəsində proqrama yiyələnmək bu sahənin inkişafı üçün ən vacib sahələrdən biridir. Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov mərkəzin layihədə iştirakından məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, QİTİS-də ödənişsiz olaraq təhsil almaq istəyən tələbələr 1 noyabr tarixinədək Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinə müraciət edə bilərlər. 

YARAT Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Hökümə Kərimova təşkilatın fəaliyyət istiqamətləri, xüsusilə də reallaşdırılan mədəniyyət layihələri haqqında məlumat verdi. O, diqqəti ənənəvi olaraq keçirilən “Musiqi. İncəsənət. Performans” incəsənət festivalı çərçivəsində teatr layihələrinə yönəltdi.

Daha sonra laboratoriya çərçivəsində ilk iş günü başlandı.

Qeyd edək ki, oktyabrın 29-dək davam edəcək laboratoriyada teatr təhsili sahəsində dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan QİTİS-in müasir teatr menecmenti və prodüserlik üzrə zəngin təcrübəyə malik pedaqoqları Elşən Məmmədov, Aleksandra Knyazeva və Yelena Simurzina ustad dərsi keçəcəklər.

Ustad dərsləri hərəsində 10 nəfər iştirakçı olmaqla üç qrupda gerçəkləşəcək. Hər qrup teatr üzrə layihə üzərində işləyəcək. Ustad dərslərinin sonunda hazırlanan layihələr iştirakçılar tərəfindən müdafiəyə təqdim ediləcək.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib