Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
376

Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır

Bu gün Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş vebinar-müzakirə təşkil edib.

"Zoom” vasitəsilə baş tutmuş tədbirdə mərkəzin əməkdaşları ilə yanaşı, regionlarda çalışan gənc mədəniyyət işçiləri, habelə kitabxanaların uşaq şöbələrinin mütəxəssisləri də iştirak ediblər. Belə ki, mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nurəddin Babazadə, Nəzakər Rəhmanova, əməkdaşları Əkbər Rüstəmov, Rəfiqə Nəsirova, Leyla Qılıcova, Validə Hacıyeva, Aygün Hüseynova, habelə Gəncə şəhər Uşaq kitabxanasının şöbə müdiri Ellada Dəhazi Rəhimova və başqaları uşaqlara həsr olunmuş müxtəlif mövzularda çıxış ediblər.

Vebinar zamanı əməkdaşların uşaqlarının tədbirə canlı qoşulması və fəal iştirak edilməsi iştirakçılar üçün böyük və xoş sürpriz oldu.

Mərkəz tərəfindən keçirilmiş və uşaqlara həsr olunmuş tədbirlər nümunəsində geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev uşaqlara qayğı dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Mövcud istiqamətdə uşaqlarda estetik zövqün formalaşması, vətənpərvərlik hisslərinin aşılanması və onların adət-ənənələrə bağlılığının təmin olunması kimi məqsədlərə nail olunmasında görülə biləcək işlər haqqında öz münasibətini bildirib.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında bu günü uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bu gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycanda əhalinin təxminən 40 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.

 

XƏBƏRLƏR

09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir