Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
435

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESKO-nun Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında iştirak edir

Parisdə UNESKO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının açılışı olub.

Sessiyada Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov təmsil edib.

Sessiyanın gündəliyi qəbul edildikdən sonra müşahidəçilərin siyahısı təsdiqlənib və komitənin on ikinci iclasının ətraflı icmal protokolu qəbul edilib. Sonra qurumun katibliyinin 2018-2019-cu illərdə həyata keçirilmiş fəaliyyət hesabatları dinlənilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək 2005-ci il konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətində əvəzsiz rolundan danışıb. O bildirib ki, 2010-cu ildən konvensiyaya qoşulan Azərbaycan mədəniyyət sahəsindəki bütün qanun və sənədlərində onun prinsiplərini cəmləşdirib. Qeyd edib ki, Azərbaycan çox müxtəlif etnik və dini icmalara malikdir. Bu cür mədəni zənginliyə əsaslanaraq ölkəmiz mədəni özünüifadə müxtəlifliyinə hörməti səmərəli şəkildə inkişaf etdirməyə, icmalar arasında inklüzivliyi təşviq etməyə, yaradıcılıq sahələrinin inkişafını artırmağa, vətəndaş cəmiyyəti qurumlarını və sənət adamlarını cəlb etməyə və dəstəkləməyə, eləcə də müxtəlif səviyyələrdə müasir mədəni özünüifadə dəyərləri haqqında məlumatlılığı artırmağa nail olub.

Mədəniyyət nazirinin müavini Azərbaycanın multikulturalizm nümunəsi olduğunu vurğulayaraq deyib ki, ölkəmiz mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində öz mədəniyyət mənbələrindən fəal şəkildə istifadə edir və davamlı inkişafın təmin edilməsində mədəniyyətin əsas amillərdən biri kimi tanıdılmasının fəal tərəfdarlarındandır. Azərbaycanın mədəniyyət sahəsində fəaliyyəti 2005-ci il konvensiyasının məqsədlərindən biri olan mədəniyyətlərarası dialoqun geniş və balanslı mübadiləsinin təmin edilməsinin təşviqi ilə üst-üstə düşür.

Vurğulanıb ki, mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə “Bakı Prosesi” təşəbbüsü irəli sürülüb. Ölkəmizdə hər iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rolu vurğulanıb, beynəlxalq təşkilatların, eləcə də UNESKO-nun onun əsas tərəfdaşları olduğu diqqətə çatdırılıb. 2017-ci və 2019-cu illərdə BMT-nin iki qətnaməsi ilə Forumun mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində qlobal platforma olduğu qeyd edilib. Bundan başqa, ölkəmizdə mədəni özünüifadədə hamıya bərabər imkanlar yaratmaq prinsipinə riayət edilməsindən, inklüziv layihələrin həyata keçirilməsindən danışılıb.

Yaradıcı sənayenin 2005-ci il konvensiyasının prioritet sahələrindən olduğu qeyd edilib. Yaradıcı sənaye sahələri barədə məlumatlılığı artırmaq və yerli istehsal, eləcə də yerli yaradıcı məhsul və xidmətlərin yayılması və ixracının təşviqi üçün “Kreativ Azərbaycan” portalının istifadəyə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə sənətə və sənət adamlarına xüsusi qayğı göstərilir.

Qeyd edilib ki, UNESKO-nun qərarı ilə Bakı şəhəri təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilib. Azərbaycanın 2005-ci il konvensiyasının prinsiplərinə sadiq olduğu vurğulanıb.

Sessiya fevralın 15-dək davam edəcək.

XƏBƏRLƏR

20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır
20.02.2020 10:40
Masallı Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib
20.02.2020 10:38
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20.02.2020 10:34
“Baladadaşın toy hamamı” tamaşası yenidən səhnədə
20.02.2020 09:18
Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub
20.02.2020 09:07
Kitabxana məktəblərin tələbatına uyğun olaraq məlumat bazaları yaradır
19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub