Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2761

İSESKO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının baş katibi, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə Əbu-Dabi şəhərində keçirilən İSESKO-nun İcraiyyə Şurasının 40-cı sessiyasında iştirak çərçivəsində təşkilatın baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşmüşdür.

Görüşdə Salim Əl-Malikin Bakıya rəsmi səfərə dəvət olunması, səfərlə bağlı proqramın hazırlanması, eləcə də Azərbaycan-İSESKO əlaqələri, əməkdaşlığın vəziyyəti, elm, təhsil və mədəniyyət sahələrində həyata keçiriləcək birgə layihələr barədə fikir mübadiləsi aparılmışdır.

Vasif Eyvazzadə baş direktora Mədəniyyət naziri, Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının sədri Əbülfəs Qarayevin salamlarını çatdıraraq Azərbaycanın İSESKO ilə əməkdaşlığa böyük önəm verdiyini, Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident, İSESKO-nun Xoşməramlı səfiri xanım Mehriban Əliyevanın İSESKO ilə əməkdaşlığın inkişafına daim dəstək verdiyini qeyd etmişdir. Vasif Eyvazzadə həmçinin Azərbaycanın İSESKO tərəfindən həyata keçirilən bir sıra layihə və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırmışdır. O bildirmişdir ki, hazırda İSESKO “Bakı Prosesi”nin əsas tərəfdaşlarından biridir.

Salim Əl-Malik Azərbaycanın İSESKO ilə əlaqələrinə, həmçinin İslam dünyasında roluna xüsusi diqqət ayırdığını, ölkə rəhbərliyinin və Mehriban xanım Əliyevanın İslam dünyasına töhfələri barədə məlumatlı olduğunu və Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə görüşləri səbirsizliklə gözlədiyini bildirmişdir. Baş direktor həmçinin İSESKO-dakı yeniliklər, struktur dəyişikliyi, yeni layihələr və digər məsələlər barədə ətraflı məlumat vermişdir.

Görüşdə baş direktora Azərbaycan tərəfindən bir neçə yeni layihə təqdim edilmişdir. Lahiyələr arasında İSESKO ilə birgə “Lunchpad” proqramının və təşkilat çərçivəsində İslam dünyası üçün Yaradıcı şəhərlər proqramının həyata keçirilməsi də olmuşdur. “Lunchpad” proqramı kitabxanalarda mentor proqramlarının həyata keçirilməsini nəzərdə tutur.

Baş direktor layihələrin nəzərdən keçiriləcəyini və bununla bağlı yaxın zamanda Azərbaycan tərəfinə mövqe bildiriləcəyini qeyd etmişdir.

Görüşdə həmçinin İcraiyyə Şurasının 40-cı sessiyası çərçivəsində qəbul olunan yeni qərarlar, Məşvərət Şurasının və İnkişaf Fondunun yaradılması və bu fondun gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparılmışdır.

İcraiyyə Şurasının 40-cı sessiyası zamanı Azərbaycan təşkilatın Maliyyə Nəzarəti Komitəsinə üzv seçilmişdir.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib