Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
909

Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir

“Azərbaycan və Rusiya arasında bütün sahələrdə yüksək səviyyədə əməkdaşlıq mövcuddur. Mədəniyyət sahəsində əlaqələr də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif birgə tədbirlər, təcrübə mübadiləsi, teatr kollektivlərinin qarşılıqlı qastrol səfərləri və s. mədəni əlaqələrimizin əsas göstəricisidir”.    

 

Bu fikirləri “Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində təşkil olunan “Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masadan əvvəl jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Konfransın əhəmiyyətini yüksək qiymətləndirən nazir bildirib ki, tədbir Azərbaycan-Rusiya əlaqələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək: “Rusiyadan hökumət nümayəndələri, millət vəkilləri, elm adamları və incəsənət xadimlərinin Bakıya gəlişi çoxsahəli məsələlərin müzakirəsinə şərait yaradacaq. Konfransda eyni zamanda Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü və himayəsi ilə yeddincisi keçiriləcək VII Beynəlxalq Humanitar Forumunun proqramı ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Tədbirdə qarşılıqlı maraq doğuran, əlaqələrimizi daha da inkişaf etdirəcək nüanslara da diqqət çəkiləcək”.

Nazir həmçinin konfrans günlərində müxtəlif tədbirlərlə yanaşı, iştirakçılar üçün maraqlı mədəni proqramın da təqdim olunacağını diqqətə çatdırıb.

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir