Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
722

“Xalça diyarına səyahət” festivalı keçirilmişdir

Azərbaycan Milli Xalça Muzeyinin uşaq şöbəsinin 10 illik yubileyinə həsr olunmuş sevinc, əyləncə, həyəcan dolu ikigünlük “Xalça diyarına səyahət” festivalı keçirilmişdir.

Festivalı muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova açaraq ilk dəfə məhz bu muzeydə uşaq şöbəsinin yaradıldığını və ötən müddət ərzində tədris sahəsində fəaliyyətini inkişaf etdirdiyini vurğulayıb: “Məqsədimiz uşaqları milli dəyərlərimizlə, irsimizlə, mədəniyyətimizlə daha yaxından tanış etmək olub. Bu istəyimizə nail olmaq üçün gördüyümüz işlər artıq öz bəhrəsini verir”.

Ş.Məlikova muzeyin uşaqların sevimli məkanına çevrilməsindən, uşaq şöbəsinə üz tutan balaca dostların ilbəil artmasından məmnunluğunu ifadə edib. Tədbirin Yeni il ərəfəsində keçirilməsinin uşaqların sevincini daha da artırdığını deyib.

Üç yüz nəfərdən artıq uşağın qatıldığı festivalın açılış mərasimində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu, Üzeyir Hacıbəylinin ev-muzeyinin nəzdində “Nur” uşaq xor studiyasının kollektivi, “Çiçəyim” uşaq teatrının üzvləri, “Azəri inciləri” rəqs kollektivi çıxış edib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan bu ifalardan sonra muzeyin uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə əl işlərindən ibarət sərgi açılıb.

Tədbirdə Misirin ölkəmizdəki səfirliyinin əməkdaşı Kəmalə İsgəndərova uşaqlara əsrarəngiz Misir nağılları oxuyub. Balaca dostlar ustad dərslərə qatılıb, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Onlar üçün əyləncəli viktorina, maraqlı kvest oyunu keçirilib, “Məlikməmmədin nağılı”, “Şəngülüm, Şüngülüm, Məngülüm” kukla tamaşaları və “Xalçaların bəhsi” tamaşası göstərilib.

Festival çərçivəsində uşaqlar üçün yazılmış “Azərbaycanın sehrli abidələri” kitabının müəllifi, memar Elçin Əliyevlə, “Çimərlikdə” uşaq kitabının müəllifi Lalə Məlik və nəşrin illüstrasiyalarının müəllifi İrina Eldarova ilə görüş imkanı qazanan tədbir iştirakçıları kitab və digər hədiyyələr əldə ediblər. Onlar Gürcüstan Milli Qeştalt İnstitutunun mütəxəssisi Zaira Nadiraşvilinin art-terapiya, “Nur” uşaq xor studiyasının bədii rəhbəri, xor dirijoru Mələk Vəlizadənin musiqi terapiyası təlimlərinə də qatılıblar və bu görüşlərdən böyük zövq aldıqlarını bildiriblər.

Bunlarla yanaşı, festivalın ikinci günü iştirakçılar möhtəşəm karnaval həyəcanı yaşayıb. Bakıda fəaliyyət göstərən Rus Mədəniyyət Mərkəzinin uşaq rəqs kollektivinin çıxışı, karnavala qatılanlar arasından ən yaxşı geyim - “Miss&Mister” nominasiyası üzrə qaliblərin seçilməsi, onlara hədiyyələrin təqdim olunması uşaqların sevincinə səbəb olub.

Festivalda, həmçinin xeyriyyə satış-yarmarkası təşkil olunub. Satış-yarmarkasından əldə olunan gəlir xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə xərclənəcək.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşıb.

XƏBƏRLƏR

25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var