Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
853

Musiqili Teatrdan azyaşlı tamaşaçılar üçün Yeni il sürprizi

Hər il olduğu kimi, bu il də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020-ci il – Yeni il bayramı münasibətilə yeni tamaşalarla balacaların görüşünə gələcək.

Sənət ocağının yaradıcı kollektivi qış tətili günlərində uşaqların mənalı istirahətini təmin etmək üçün bu dəfə onları bayram əhval-ruhiyyəli “Şaxta baba, Bremen musiqiçiləri və Penin nağılı” tamaşası ilə sevindirəcək.

Maraqlı və macəra dolu yeni il tamaşaları dekabrın 27-dən yanvarın 5-dək hər gün dörd seans olmaqla - saat 10:30, 12:30, 14:30 və 16:30-da nümayiş olunacaq. Tamaşada Yeni il bayramının rəmzləri olan Şaxta baba, Qar qız və balacaların sevimli nağıl qəhrəmanları onları duzlu-məzəli söhbətləri ilə əyləndirəcək və sonda hədiyyələrlə sevindirəcək.

Rəngarəng dekorasiyaları, işiq effektləri, şən musiqilərı və teatrın balet truppasının rəqsləri ilə zövq oxşayan tamaşanın quruluşçu rejissorları Anar Babalı və Zaur Əliyev, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, quruluşçu rəssamı Afaq Bayramova, rejissoru Elməddin Dadaşovdur.

Bayram tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar Əmrah Dadaşov, Ruslan Mürsəlov, İrana Kərimova, Pərvin Dadaşova, Zaur Əliyev, Zarina Qurbanova, Mehriban Rəcəbova, Eleanora Mehdiyeva, Nərmin Əliyeva, Fərid Rzayev, Murad Əliyev, Elməddin Dadaşov, Əli Kərimov, Elnur Zeynalov, kiçik yaşlı aktyor Rahib Məmmədzadə ifa edəcək.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı hər kəsi Yeni ili teatrda birlikdə qarşılamağa dəvət edir.

Hədiyyəli biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

XƏBƏRLƏR

23.09.2020 16:22
Anar Kərimov Portuqaliyanın səfiri ilə görüşdü
23.09.2020 10:25
“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi başa çatıb
22.09.2020 16:24
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.2020 14:05
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək
22.09.2020 12:02
“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir
22.09.2020 10:09
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib