Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1168

“Kreativ Azərbaycan” portalının təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda nazirlər paneli keçirildi

Dekabrın 9-da Bakı Konqres Mərkəzində “Kreativ Azərbaycan” portalının (creative.az) təqdimatı və “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda Nazirlər panel müzakirəsi keçirildi.

Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq son illər ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlardan danışdı. Nazir mövzu üzrə panel iclasa qatılan həmkarlarına və yaradıcı təşkilatların nümayəndələrinə belə bir vacib təqdimata qatıldıqlarına görə təşəkkürünü bildirdi.

Nazir diqqətə çatdırdı ki, son 10 ildə dünyada yaradıcı sənaye anlayışı geniş populyarlıq qazanıb. Sənayenin bu sahəsi insanların cəmiyyətin inkişafına dəyərli töhfələr verməyinə şərait yaradır: “Azərbaycanda da, təbii ki, bu sahədəki tendensiyalardan kənarda qala bilməz. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı və islahatların daha sürətlə davam etdirilməsinin zəruriliyini, eləcə də yaradıcı iqtisadiyyat kontekstində yaradıcı sənayelərin milli iqtisadiyyatda vacib rola malik olduğunu və perspektiv imkanlar açdığını nəzərə alaraq, bu sənaye sahələrinin inkişafı və yaradıcılıq proseslərinin iqtisadi və sosial təsirlərinin artırılması istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə müxtəlif layihələr həyata keçirilir. Bu prosesin arxasında xalqın yaradıcı potensialı, xalqın vətənə məhəbbəti və xalqla dövlətin vəhdəti dayanır. Bütün bu amillər artıq Azərbaycanda da yaradıcı sənayenin formalaşdırılmasına, onun təkmilləşdirilməsinə ehtiyac olduğunu sübut edir”.

Qeyd olundu ki, hazırda Azərbaycanda yaradıcı sənaye vahid idarəetmə və təchizat kimi hələ də cəmiyyət tərəfindən tam qəbul olunmayıb: “Bu sahəyə yeni təfəkkür gətirmək, təkan vermək vacibdir. Bugünkü tədbirin əsas məqsədlərindən biri də bundan ibarətdir. 2021-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Yaradıcı sənayelər davamlı inkişaf naminə ili” kimi qəbul olunub. Eyni zamanda bu il Bakı şəhəri UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edilib. Paytaxtımız dizayn sahəsi üzrə yaradıcı şəhər adını uzun müddət daşıyaraq öz fəaliyyəti ilə dünya ictimaiyyətinə bu yüksək ada layiq olduğunu sübut etməlidir. Biz hamımız bunun üçün bərabər çalışmalı, daha mütərəqqi ideyalarla çıxış etməliyik. Bu işdə həm dövlət orqanları, həm sənaye nümayəndələri, həm də vətəndaşlar fəal iştirak etməlidirlər. Hesab edirəm ki, bugünkü görüş böyük bir tapşırığın yerinə yetirilməsinin ilk addımıdır. Bu günlərdə Mədəniyyət Nazirliyində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Katibliyinin nümayəndələri ilə görüş keçirilib, müzakirələr aparılıb. Düşünürəm ki, artıq yaradıcı sənaye sahəsində sistemli işlərə bu gündən start verilir”.

Əbülfəs Qarayev vurğuladı ki, tədbirdə yaradıcı sənaye ilə bağlı portal təqdim olunacaq, əqli mülkiyyətlə bağlı fikir mübadiləsi aparılacaq və daha sonra panel iclasla müzakirələr davam etdiriləcək. Nazir tədbirin işinə uğurlar arzuladı.

***

Daha sonra yaradıcı sənaye ilə b ağlı videotəqdimat diqqətə çatdırıldı. Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə "Yaradıcı sənayelər: qlobal trendlər və yerli imkanlar" mövzusunda çıxış etdi. Qeyd olundu ki, Azərbaycan xalqının tarix və mədəniyyəti dünya miqyasında tanıdılması uğurla həyata keçirilir. Aparılan düşünülmüş sistemli siyasət nəticəsində Azərbaycanın üç tarixi abidəsi-məkanı UNESKO tərəfindən dünya irsi elan edilib. 13 qeyri-maddi mədəni irs nümunəmiz isə UNESKO-nun müxtəlif siyahılarında yer alıb. Bakı və Şəki şəhərlərinin yaradıcı şəhər elan edilməsi də bu qəbildəndir.

Şöbə müdiri bildirdi ki, 2008-ci ildə Prezident İlham Əliyevin irəli sürdüyü mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü BMT tərəfindən dünyanın ən vacib qlobal platforması elan edilib: “Bakı Prosesi” təkcə mədəniyyətlər və dinlərarası dialoq deyil, eyni zamanda dünyada inkişaf və təcrübələrin mübadiləsi üçün bir qlobal platformadır. Bu gün biz yaradıcı sənayenin bir çox parametrlərinə toxunacağıq. Məlumdur ki, hazırda dünyada zəka, intellekt yarışı gedir. Bu əsr IV sənaye inqilabı kimi qiymətləndirilir. Bu inqilabın ən vacib elementlərindən biri ondan ibarətdir ki, insanların biri-birinə olan münasibəti, daha doğrusu, əməyə olan münasibəti tamamilə dəyişib. Bu kontekstdə yaradıcılıq ən üstün qabiliyyət kimi bu inqilabın vacib elementi kimi önə çıxıb”.

Vasif Eyvazzadə daha sonra dünya miqyasında yaradıcı sənayenin artım dinamikası ilə bağlı rəqəmləri təqdim etdi. Dünya üzrə 7,3 faiz göstəricisi olan yaradıcı sənaye ÜDM-in 6,1 faizini əhatə edir və 4,3 trilyon ABŞ dolları məbləğindədir. Bu rəqəmin 2,5 trilyon dolları tam olaraq gəliri təşkil edir.

***

“Kreativ Azərbaycan” portalı haqqında məlumat verən Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov bildirdi ki, portalı Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Portal üzərində iki il iş aparılıb və 15 ölkənin təcrübəsi öyrənilib. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub. Həmçinin yaradıcı sənaye iştirakçılarının şəbəkələşməsinə dəstək verəcək nüanslar nəzər alınıb.

Bildirildi ki, portalın yaradılmasında məqsəd həm də Azərbaycanın yaradıcılıq məhsullarının “Kreativ Azərbaycan” brendi altında təşviqidir. Sektor müdiri portalın bölmələri haqqında ətraflı məlumat verdi, burada hər bir sahənin əhatə olunduğunu, yaradıcı sənayenin müxtəlif şəbəkələrini, özəl və dövlət qurumları ilə birbaşa əlaqələrinin əhatə olunduğunu dedi.

***

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyət həyatının bütün sahələrini əhatə etdiyini vurğuladı. Qeyd etdi ki, islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business - 2020” hesabatında islahatçı 20 ölkə sırasına daxil edilib. Sədr əqli mülkiyyətin rolu, kreativ sənaye ilə əqli mülkiyyətin fərqi, bu sahələrin idarə edilməsi haqqında söz açdı.

Yaradıcı sənayenin fəlsəfi kateqoriyasının səlis anlayışa malik olmadığını diqqətə çatdıran Kamran İmanov müəlliflik hüququnun yaradıcı əməyin nəticəsi kimi anlamının hüquqi tərəflərinin kateqoriyaları haqqında  məlumat verdi.

***

Təqdimat mərasiminin ardından “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel sessiyası keçirildi. Sessiyada Azərbaycanda yaradıcı sənayenin inkişafı məsələləri ilə bağlı fikirlər səsləndirildi. Təhsil naziri Ceyhun Bayramov diqqətə çatdırdı ki, ali və peşə təsili müəssisələri yaradıcı sənaye sahəsində daha fəal olmalıdırlar.  

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycanda bu sahədə imkanların çox genişliyindən söz açdı, yaradıcı sənayenin inkişafına dəstək verməyə hazır olduqlarını bildirdi: “Biz yaradıcı sənaye ilə məşğul olan insanların hüquqlarının qorunmasına dəstək verəcəyik. Yaradıcı sənayenin əlilliyi olan şəxslər üçün də potensialı böyükdür”.

Sahil Babayev əlillərdən ibarət olan teatr truppasının yaradılmasını alqışlayaraq yaradıcı sənayenin inkişafı ilə bağlı atılan bu təşəbbüsü yüksək dəyərləndirdi.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova yaradıcı sənaye sahəsində yeni modelə keçid və iqtisadiyyatın bu sahə üzrə təkmilləşməsinin vacibliyini diqqətə çatdırdı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev yaradıcı şəhərlər statusunun dünya təcrübəsində mövzusunda fikirlərini bölüşdü. O, Azərbaycanda bu sahədə aparılan işlər, Mədəniyyət Nazirliyinin komitəyə təklifləri və bu sahədə görüləcək işlərlə bağlı məlumat verdi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev yaradıcı sənayenin inkişafının müasir texnoloji yeniliklərsiz ötüşmədiyini və nazirliyin bu sahədə həyata keçirdiyi layihələrindən söz açdı. 

"British Council" təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Samr Şah vurğuladı ki, təşkilatın məqsədi incəsənət vasitəsilə beynəlxalq anlaşma yaratmaqdır. Buna görə də yaradıcı sənaye “British Council” üçün əsas fəaliyyət sahəsi hesab olunur: “Bizim missiyamız incəsənət vasitəsilə bir araya gəlməyin və bir-birimizi başa düşməyin yeni yollarını axtarmaqdır.

Panel sessiya iştirakçıların suallarının cavablandırılması ilə davam etdi.

XƏBƏRLƏR

25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub