Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1702

Mədəniyyət sahəsinin inkişafına töhfə verən qrant müsabiqələri davam etdirilir

Noyabrın 26-da Azərbaycan Milli Kitabxanasında Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyinin 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı elan etdiyi qrant müsabiqəsinə dair məlumatlandırma sessiyası təşkil olundu.

Tədbirdə hər iki qurumun nümayəndələri və QHT təmsilçiləri iştirak edirdi.

Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov nazirliyin QHT-lərlə birgə həyata keçirdiyi tədbirlərdən, layihələrdən danışdı. Bu layihələrin mədəniyyət sahəsinin inkişafına verdiyi töhfələr baxımından əhəmiyyətini vurğuladı: “Mədəniyyət Nazirliyi QHT-lərlə əməkdaşlığa xüsusi önəm verir. Bu istiqamətdə bir neçə ildir müxtəlif layihələr həyata keçirilir. Nazirlik Şuradan əlavə də qrant müsabiqələri reallaşdırır. Qanunvericiliyə uyğun olaraq, il ərzində iki dəfə qrant müsabiqəsi təşkil olunur. Gələn il üçün birinci müsabiqənin mövzusu artıq elan olunub, ikinci müsabiqənin mövzusu isə 2020-ci ilin birinci yarısında elan ediləcək”.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri Türkan Cəfərova qrant müsabiqəsi haqqında məlumat verdi. Bildirdi ki, qrant müsabiqəsi “Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər”, “Regionlarda mədəniyyətin inkişafına dair təşəbbüslər”, “Muzeylər, kitab işi və xalq yaradıcılığının inkişafına dair təşəbbüslər” istiqamətləri üzrə elan olunub. Hər istiqamət üzrə dörd qalib nəzərdə tutulub. Müsabiqənin müddəti 2-8 ay arasında müəyyən olunub. Qrant müsabiqəsinin ümumu məbləği 100 min manat təşkil edir. Vurğulandı ki, müsabiqə üzrə layihələrə dair sənədlərin qəbulu 20 noyabr tarixindən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır. Birinci mərhələ 20 noyabr – 16 dekabr tarixlərini əhatə edir. 20 noyabr – 26 dekabr tarixlərini əhatə edən ikinci mərhələdə layihə sənədlərinin texniki seleksiyası keçiriləcək. 27 dekabr – 27 yanvar tarixlərində üçüncü mərhələ üzrə qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi təşkil ediləcək. Nəhayət, dördüncü mərhələdə 2020-ci il fevralın 10-dan sonra layihələr Şurada müzakirə olunacaq və qaliblər elan ediləcək.

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi Nədimə Rəhimli çıxış edərək Şuranın həyata keçirdiyi qrant müsabiqələri haqqında məlumat verdi. Bildirdi ki, Şura 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri üzrə iş həyata keçirilir. Bu gün müzakirə edilən qrant müsabiqəsi də Mədəniyyət Nazirliyi ilə birgə gerçəkləşdirilir. Müsabiqədə iştirak etmək üçün canlı təmaslar olmadan Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi (SƏLİS) vasitəsilə həyata keçiriləcək.

Qeyd olundu ki, bu sistemi yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT – dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Şuranın fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

XƏBƏRLƏR

03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib