Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2747

“Qalereya 1969”da iranlı rəssamın fərdi sərgisi açılıb

Noyabrın 20-də “Qalereya 1969” sərgi salonunda İranın Təbriz şəhərindən olan rəssam Həmid Əminifarın fərdi sərgisi açılıb.

Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin noyabrın 25-dək Bakıda keçirilən “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində təşkil edildiyini diqqətə çatdırıb. Həmid Əminifarın əsərlərinin dünyanın bir çox ölkələrində nümayiş olunduğunu deyən Qalib Qasımov rəssamın sərgisinin ölkəmizdə ilk dəfə təşkil edildiyini vurğulayıb: “Həmid Əminifar bu sənətə 16 yaşından başlayıb. Əsərlərində incəsənətin müxtəlif janrları öz əksini tapıb. Portret janrında çox maraqlı əsərləri var. Buradakı əsərlər xəttatlıq sənəti ilə müasir incəsənətin vəhdətini təşkil edir. O, əsərləri ilə ənənəvi və müasir incəsənət arasındakı dialoqu bizə çatdırır. Sərgilənən əsərlər “Quran”dan götürülən müxtəlif ayələr, klassik şairlərin poeziyasını əhatə edir”.

Tanınmış rəssam, xanəndə Vədud Müəzzin sərgi barədə öz fikirlərini bölüşüb, fırça ustasına yaradıcılıq uğurları arzulayıb.

Sonda çıxış edən Həmid Əminifar tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək ölkəmizdə ilk dəfə sərgisinin təşkilindən məmnunluğunu ifadə edib.

Çıxışlardan sonra qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə 2003-cü ildən etibarən ənənəvi keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi müxtəlif ölkələrdən rəssam və sənətşünasları bir araya gətirir.

XƏBƏRLƏR

24.09.2020 17:40
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olundu
24.09.2020 17:31
“Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın milli ekspertlərinin onlayn görüşü keçirilmişdir
24.09.2020 17:02
“Tarixin yaddaşı unudulmur: Faşizm üzərində qələbənin 75 illiyinə həsr olunur” adlı növbəti regional onlayn seminar keçirilib
24.09.2020 10:07
“Digitalart-lab” layihəsi davam edir
24.09.2020 08:21
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olublar
23.09.2020 16:22
Anar Kərimov Portuqaliyanın səfiri ilə görüşdü
23.09.2020 10:25
“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi başa çatıb
22.09.2020 16:24
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.2020 14:05
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək
22.09.2020 12:02
“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir
22.09.2020 10:09
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub