Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
962

Almaniyanın “SWR2“ kanalı caz ifaçısı Əzizə Mustafazadən müsahibə götürüb

Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazədənin qızı, hazırda Almaniyada yaşayan məşhur caz ifaçısı Əzizə Mustafazadənin “SWR2“ kanalına müsahibəsi bu kanalın internet səhifəsində yerləşdirilib (https://www.swr.de/swr2).

Əzizə Mustafazadədən müsahibə götürən kanalın müxbiri İnes Pasç musiqiçinin ən mühüm ilham mənbəyinin onun atası məşhur caz ustası Vaqif Mustafazadənin olduğunu, lakin Əzizənin çox erkən, 10 yaşında olarkən atasını itirdiyini qeyd edir. Əzizə Mustafazadə 39 yaşlı V.Mustafazadənin qəfil vəfatının onun üçün şok olduğunu və bu şok hissinin və ağrı-acının bu gün də keçmədiyini vurğulayır. O, atasının yolunu davam etdirməklə onun ruhunu şad etdiyini və bununla içindəki ağrını azaltdığını düşündüyünü nəzərə çatdırır.

Müxbir Ə.Mustafazadədən musiqiyə necə başladığını soruşur və onun 3 yaşında olarkən atasının konsertində improvizasiya ilə çıxış etdiyi haqqında məlumata malik olduğunu qeyd edir.

Caz ifaçısı bunun doğru olduğunu, 3 yaşında atası ilə eyni səhnəyə çıxmağın əyləncəli olmaqla yanaşı, onda qorxu hissi yaratdığını bildirir. 3 yaşında olarkən atasının ifasında xeyli sayda xalq mahnılarını öyrəndiyini bildirən Ə.Mustafazadə məktəbdə musiqi ifa etməkdən daha çox improvizasiya ilə məşğul olduğunu nəzərə çatdırır. O, 14 yaşında olarkən atasının əsərlərindən birini pianoda ifa etdikdən sonra pianoda ifa etməyə başladığını qeyd edir.

Jurnalistin pianoda çalışmağa başlamaqla bağlı sualına cavab olaraq Ə.Mustafazadə musiqi alətində məşq anlayışının onun üçün mövcud olmadığını, onun üçün istək, ilham və əhval-ruhiyyənin daha vacib olduğunu vurğulayır. O, piano ilə ünsiyyətdə olduğunu və bunu məşq hesab etmədiyini nəzərə çatdırır. Pianoda məşq etməyin onun üçün iztirabverici məşğuliyyət olduğunu vurğulayır.

O, bəzən bir həftə musiqi ifa etmədiyini və bunun, sadəcə olaraq, musiqi fasiləsi olduğunu qeyd edir. Bu fasiləyə ehtiyac duyduğunu və hər gün ifa edən, ilboyu çoxsaylı konsertlər verən musiqiçilərdən olmadığını diqqətə çatdırır.

Müsahibənin sonunda Əzizə Mustafazadə azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi “Ayrılıq” mahnısından kiçik parça səsləndirir

XƏBƏRLƏR

03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib