Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
849

Finlandiya teatrının Bakı səhnəsində “Gediş”i

M.A.P festivalı çərçivəsində fərqli sənət meyil və cərəyanlarının müasir səhnə çağırışlarına tamaşa etmək imkanı qazananlar növbəti dəfə oktyabrın 16-da Akademik Milli Dram Teatrına toplaşdılar. İctimai xadimdən incəsənət nümayəndələrinə, xarici qonaqlardan teatrsevər paytaxt sakinlərinə qədər çoxsaylı tamaşaçı auditoriyasını finlandiyalı qonaqların səhnə şousunu gözləyirdi.

Bu maraq əbəs deyildi. Çünki onlar teatrın çox maraqlı forma-təzahürünü – pantomimanı sirk və illüziya elementlərinin ağırlığında təqdim edəcəkdilər...

Budur, səhnədə masa ətrafında oturmuş cütlük görünür. Səhnədə sonradan çoxfunksiyalılığı ilə bizə pərdədən daha çox canlı obraz təsiri bağışlayacaq boz parça boydan-boya  asılıb. Sanki yeknəsəqlikdən bezən boz adamlar səhnə boyu düzülmüşdü.

Finlandiyanın “WHS” Teatrının “Gediş” tamaşasında mürəkkəb münasibətdə olan qadın və kişi, onların fonunda isə baş alıb gedən bezginlik və etirazı görürük. Geyimlərlə əhatə edilmiş səhnədə dayansalar da, hiss olaraq çoxdan darmadağın olublar. Təkrarlanan jestləri, daxildəki təlatümü ifadə edən bədən hərəkətləri və danışan mimikaları ilə bizə “səslənirlər”.

Darmadağın ailə və münasibətlərin, hələ çox uzun müddət əvvəl bitən sevgi və ehtirasın, sədaqət və bağlılığın unudulduğu asılılıq məhkumiyyətində çapalayırlar.

“Niyə qopmurlar, ayrılıb, özlərini bu məhkumluqldan azad etmirlər?” kimi sadə suallara səhnə işi müəlliflərinin izahı belədir: insan daim buxovdadır və hisslərdən məişətə onu asılı edən səbəbləri tapıb həll edə bilmir və ona görə də məhkumiyyət içindəki azadlığına qane olur...

Vizual teatr və sirkin ən sonuncu sehrbazlarından sayılan Kalle Nio tərəfindən səhnəyə qoyulan “Gediş”in yozumunda bir-birindən ayrı düşmüş, nağıl obrazları və illüziyalar dəryasında üzən cütlük göstərilir. XIX əsrin sehrbazlarının səhnə illüziyalarından ilhamlanaraq tərtib olunan tamaşa absurd yumor və faciənin bir-birini əvəz etməsi ilə sirli atmosfer yaradır. Biz daha çox sirk və sehrin dramatizmə hakim gedişini izləsək də, ifaçıların hərəkətləri ilə səsləşən mimikaları bizə məsələnin dramaturji gedişini xırdalıqlarında göstərə bilirdi. Elementlərin hava uçuşu, fərqli formalara keçidi, çoxfunksiyalılıqdan çıxışı və tamamlanmış vücuda çevrilişini tamaşaçı həyəcansız izləyə bilmir. Təbii ki, heyrətləndirmə və təsir altında saxlama taktikasındakı “Gediş”in ana xəttini təşkil edən iztirab və onun inikası canlı aktyor oyununda təsir və təsviretmə gücünü  sonadək saxlaya bildi. Xüsusən, ənənəvi tamaşaçıya hesablanan bu məqam ifaçıların oyuna qatdığı emosionallığını daha inandırıcı etdi.

Bir saat ərzində tamaşaçı səhnə işi müəlliflərin (rejissor Kalle Nio, xoreoqraflar Vera Selena Tegelman, Kalle Nio Tegelman, geyim üzrə rəssamlar

Mila Moisio, Kaisa Rissanen, musiqi və səs quruluşçusu Samuli Kosminen, işıq üzrə rəssamlar Mattias Bettge, Yere Mönkkönen, videoqraf Kalle Nio) əsas məramını – tamaşaçı müasir teatrı məhz fərqli sənət növlərinin kompakt təqdimatında istəyir fikrini əyani göstərdi.

İşin ən həlledici məqamı videoqrafiyanın qədərində təyinatında idi. Genişmiqyaslı video proqnozlar bu işi daha da gücləndirmişdi. Prosesi illüziya incəliklə izləyirdi: bükülmüş qara və ağ kinematik üslub və fəndlər, onu əvəzləyən effektlərin ekrandan axışı və canlı oyun-üsluba sürətli keçid. Ümumiyyətlə isə, absurdluq və anlaşılmazlıq ifaçıların ünsiyyət açarı kimi diqqət mərkəzində qaldı.

Xatırladaq ki, WHS Finlandiyanın vizual teatr və müasir sirk qrupudur. Son onilliyin yaradıcılıq inikası olan bu qrup yeni bir sirk, tamaşadan tamaşaya forma və ifadəsini dəyişən çoxmənalı özünüifadə məkanıdır. Yarandığı gündən tamaşaçıların marağını cəlb edən teatr 30-dan artıq ölkəyə səfər edib, incəsənət festivallarının iştirakçısı olub.

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir