Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
623

ABŞ səfiri Qobustan Qoruğunda olub

Oktyabrın 6-da ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Qobustan Milli Tarix-Bədii Qoruğunda olub.

Səfir əvvəlcə qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlarla tanış olub. Qonağa Qobustan abidələri, aparılan arxeoloji tədqiqatlar haqqında məlumat verilib. Bildirilib ki, Qobustan qayaüstü təsvirləri dünyada bu tipli abidələrdən ən zənginidir. Qoruq ərazisində 6 mindən çox qayaüstü təsvirin, 20 mağara və  yaşayış yerinin, 40 kurqanın aşkar edilib öyrənildiyini səfirin diqqətinə çatdıran qoruğun direktoru Vüqar İsayev Qobustanın 2007-ci ildə UNESCO- nun Maddi Mədəni İrs Siyahısına daxil edildiyini bildirib. Qeyd edib ki, nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib.

Qobustanı heyrətamiz mədəni irs bölgəsi adlandıran səfir, qədim incəsənəti görməkdən və buranı ziyarət etməkdən məmnunluğunu ifadə edib. Buradakı abidələrin insanlığın qoyub getdiyi   universal bir tarix olduğunu və Azərbaycanın yer üzərində bəşəriyyətin belə vacib bir hissəsi olması ilə mükafatlandırıldığını vurğulayıb.

XƏBƏRLƏR

27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib
27.01.2020 12:24
“Xocalı-şəhid şəhər” adlı rəsm müsabiqəsi davam edir
27.01.2020 10:08
Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir
27.01.2020 09:07
Musiqili Teatrın direktoru beynəlxalq teatr sərgisində iştirak edəcək
25.01.2020 20:17
Mixail Qusmanın "Hakimiyyət formulu" və "Həyat formulu" kitablarının təqdimatı keçirilib
25.01.2020 18:13
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları İçərişəhərlə tanış olublar
25.01.2020 17:26
Xalça Muzeyində “Azərbaycan xalçası və Kübra Əliyeva” mövzusunda mühazirə dinlənilib
25.01.2020 14:17
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Milli İncəsənət Muzeyində olublar
25.01.2020 13:09
Azərbaycan Milli Xalça Muzeyi Mərakeş muzeyləri ilə əməkdaşlığa başlayıb
25.01.2020 12:38
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları ilə Milli Məclisdə görüş olub
25.01.2020 11:06
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb
24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir