Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
383

Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir

23 avqust 2019-cu il tarixdə Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində anım tədbirləri keçirilmişdir.

Maarifləndirici və vətənpərvərlik ruhlu tədbirlərdə hər iki rayonumuzun tarixi, maddi-mənəvi irsi, Qarabağ uğrunda gedən döyüşlər, hazırda işğal altında qalan mədəniyyət obyektləri və s. mövzular ətrafında müzakirələr aparılmış, iştirakçılara ətraflı informasiya verilmişdir.

Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyində Cəbrayıl uğrunda döyüşlərdə şəhid olmuş Nurəddin Fətullayevin xatirəsi anılıb. Şəhidin ailə üzvləri və döyüş yoldaşları, mədəniyyət işçiləri, rayonun tanınmış ziyalıları və məktəblilərin iştirak etdiyi tədbirin ədəbi-bədii hissəsində məktəblilər qəhrəmanlıq şeirləri səsləndirib və qonaqlara kiçik tamaşa təqdim ediblər.

Salyan, Cəbrayıl və Biləsuvarın mərkəzi kitabxanalarında kitab sərgiləri və dəyirmi masalar təşkil edilmişdir. Mövzunu əks etdirən ədəbiyyatın təqdimatı və müzakirəsi iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.

Biləsuvar və Cəbrayılın mədəniyyət işçiləri rayon ərazisindəki şəhidlərin qəbirlərini ziyarət etmişlər.

Heydər Əliyev mərkəzlərində Qarabağın tarixi və mədəniyyətinə həsr olunmuş sənədli filmlər nümayiş edilmişdir. Neftçala və Biləsuvarın rəsm qalereyalarında açıq havada gənc rəssamların əl işləri təqdim olunmuşdur.

Biləsuvar Regional Mədəniyyət İdarəsi tərəfindən gələn həftə Qubadlı rayonunun işğalının ildönümü ilə bağlı analoji tədbirlərin keçirilməsi planlaşdırılır.

XƏBƏRLƏR

15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib
15.09.2019 14:46
Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb
15.09.2019 12:58
Özbəkistanda keçirilən Birinci Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının rəsmi açılış mərasimi olub
14.09.2019 15:55
Nazir Əbülfəs Qarayev Özbəkistandakı Daşkənd Prezident Məktəbi və “Minor” məscid kompleksi ilə tanış olub
13.09.2019 16:43
Neftçalada “Sülh aylığı” ilə əlaqədar sərgi təşkil olunub
13.09.2019 16:06
Şəkidə infotur çərçivəsində konfrans keçirilib
13.09.2019 15:57
“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu keçirilir
12.09.2019 19:38
Nazir media nümayəndələrini mədəni sərvətimizin təbliğində, mədəni maarifləndirmə işində daha fəal olmağa çağırdı
12.09.2019 18:02
Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
12.09.2019 16:48
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Muzeylər Şurasının (ICOM) 25-ci Baş Konfransında iştirak edib
12.09.2019 09:08
Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub
11.09.2019 17:30
Mədəniyyət naziri Rusiya nümayəndə heyətini qəbul etdi
11.09.2019 16:20
“Mədəniyyət naminə elm” layihəsi davam edir
11.09.2019 11:48
İspaniyalı turistlər Lənkəranın Xan sarayına baş çəkiblər
11.09.2019 11:21
Özbəkistanın nargis.uz portalında “Arşın mal alan” operettası haqqında məqalə verilib