Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
879

Sumqayıtda yubiley tədbiri keçirilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Mitabxanada Gənclər Kitabxanası və Yaşıldərə massivi kitabxanasının 50 illik yubiley tədbiri keçirilib.

Şəhər Mədəniyyət Evi ilə birgə hazırlanan tədbir kitabxanaların beş illik fəaliyyətini əks etdirən slaydın nümayişi ilə başlayıb.

Sonra tədbirə qatılan AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, şair, yazıçı, ədəbiyyatşünas Rafiq Yusifoğlu, yazıçı Hafiz İmamnəzərli, şairə Məryəm Aslanqızı, yazıçı Günel Eyvazlı, Sumqayıt Dram Teatrının aktyoru, Əməkdar artist  İzaməddin Bağırov, şair Müqəddəs Şahbazov çıxış edərək təbriklərini çatdırıb, şeirlərindən nümunələr söyləyiblər.

Daha sonra tədbirin aparıcıları Türkan Mahmudova və Əlipaşa Paşayev mənəvi zənginliyin formalaşmasında kitabın xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, Azərbaycan və dünya kitab nümunələrinin toplanılıb gələcək nəsillərə ötürülməsində, mütaliə mədəniyyətinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində kitabxanaların xüsusi rolunu qeyd ediblər.

Yubileylər münasibətilə MKS-nin direktoru Yeganə Əhmədova Sumqayıt Regional Mədəniyyət idarəsinin Fəxri fərmanlarını təqdim edib.

Tədbirdə Şəhər Mədəniyyət Evinin bədii qiraət dərnəyinin üzvləri Əlipaşa Paşayev,  Kamil Ağayev və Sveta Aslanovanın ifasında musiqi nömrələri dinlənilb, bədii qiraət dərnəyinin üzvlərinin iştirakı ilə Xurşidbanu Natavan və Nizami Gəncəviyə həsr edilmiş səhnəciklər nümayiş etdirilib.

Sonda kitabxanaların rəhbərləri Sona Eminova və Rəhilə Ağayeva tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür ediblər.

XƏBƏRLƏR

07.08.2020 16:22
“Qarabağın mədəni irsi” layihəsi davam edir
07.08.2020 16:19
“Peşəkarlığın qapısını açan könüllülük fəaliyyəti”
06.08.2020 15:47
Mədəniyyət Nazirliyinin ictimaiyyətə müraciəti
06.08.2020 15:33
Qubada “Xalçaçılığın təbliği, mədəni və maddi irsinin qorunması” mövzusunda təlimlər keçirilib
06.08.2020 10:47
Vyana şəhərində keçirilən festivalda “Min bir gecə“ baleti nümayiş olunub
05.08.2020 17:51
Tbilisidə “Era Teatrı”nın yeni ofisinin açılışı olub
05.08.2020 15:59
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
05.08.2020 14:23
Gənclər Kitabxanası Milli Qəhrəman Mübariz İbrahimov haqqında virtual kitab sərgisi hazırlayıb
05.08.2020 10:28
“Hər kitab bir dünyadır” layihəsi davam edir
04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir