Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
416

Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü

Avqustun 9-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Kroftsu səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul etdi.
Nazir fəaliyyəti dövründə, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də aktiv təşəbbüslər irəli sürdüyünə və iki ölkə arasında əlaqələrin inkişafına töhfələrinə görə səfirə təşəkkürünü bildirdi.
Xanım Karol Krofts Azərbaycanda çalışdığı müddətdə ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açdı. Ölkəmizdəki diplomatik fəaliyyəti dövründə reallaşan çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğuladı. Səfir həmçinin ölkəmizin qədim və zəngin mədəni irsini yaxından tanıdığı üçün məmnunluğunu ifadə etdi. Xalqımızın gözəl mentalitetə və zəngin adət-ənənələrə sahib olduğunu deyən diplomat azərbaycanlıların qonaqpərvərliyini və ölkəmizin multikulturallığını yüksək qiymətləndirdi.
Səfir UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkilindən söz açdı və Şəki Xan sarayı və şəhərin mərkəzi hissəsinin Dünya irs siyahısına salınması münasibətilə nazirə təbriklərini çatdırdı.
Vurğuladı ki, ölkə rəhbərliyinin diqqəti və Təşkilat Komitəsinin gərgin əməyi sayəsində bu sessiya uğurla reallaşdı.
Nazir öz növbəsində bildirdi ki, xanım Karol Kroftsun səlahiyyət müddəti başa çatsa da, Azərbaycan ona dost olan insanları hər zaman sevgi ilə qəbul edir və gözləyir. Ölkələrimiz hər zaman dostluq münasibətlərində olub və bu əlaqələr gələcəkdə də davam edəcək.
Əbülfəs Qarayev Azərbaycan ilə Böyük Britaniya arasında mədəniyyət sahəsində ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırdı və ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu dilə gətirdi.
Nazir Azərbaycanda səfir kimi səlahiyyət müddəti başa çatan səfirə cansağlığı və gələcək fəaliyyətində uğurlar arzuladı.
Görüşün sonunda səfir Karol Krofts səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirdi, bundan sonra da iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd etdi. Xanım diplomat həmçinin Azərbaycanı daim xoş təəssüratla xatırlayacağını vurğuladı.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb