Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2414

Bəstəkarlar İttifaqında Soltan və İsmayıl Hacıbəyovlara həsr olunmuş elmi konfrans təşkil edilib

Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli Azərbaycan bəstəkarları Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinə və İsmayıl Hacıbəyovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında mühüm xidmətləri olan Soltan Hacıbəyovun yaradıcılığından bəhs edərək, onun geniş diapazonlu yaradıcılığa malik bəstəkar olduğunu qeyd edib, simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirdiyini bildirib.

Soltan Hacıbəyov iki simfoniyanın, “Gülşən” baletinin, “İsgəndər və çoban” uşaq operasının, “Qızılgül” musiqili komediyasının, “Karvan” simfonik lövhəsinin, simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün müxtəlif həcmli əsərlərin müəllifidir. Soltan Hacıbəyov 1969-1974-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

Bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq sənətkarın yubileyi ilə bağlı bu il ölkəmizdə silsilə tədbirlər keçirildiyini bildirən F.Əlizadə, onun oğlu tanınmış bəstəkar İsmayıl Hacıbəyovun da 70 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu əlavə edib.

F.Əlizadə İsmayıl Hacıbəyovun yaradıcılığından da danışıb və qeyd edib ki, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsil alan İ.Hacıbəyov 1972-ci ildən ömrünün sonuna kimi bu təhsil ocağında bəstəkarlıq kafedrasında dərs deyib.

Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Natella İsgəndərova “Müasir Azərbaycan musiqisində İsmayıl Hacıbəyovun tarixi əhəmiyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Ülviyyə İmanova “İsmayıl Hacıbəyov Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi kimi” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Adilə Yusifova “Soltan Hacıbəyovun yaradıcılığının naməlum səhifələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçıları həmçinin beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova (I violin), Soltan Məmmədova (II violin), Əməkdar artistlər Vaxtanq İmanov (viola) və Aleksey Miltıxdan ibarət (violonçel) Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Soltan Hacibəyovun “Skertso”, istedadlı gənc pianoçu Nəriman Məsimovun ifasında İsmayıl Hacibəyovun “Piano üçün Paqanini mövzusuna Variasiyalar”ı dinləyiblər.

Həmçinin Xalq artisti Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə royalda Soltan Hacibəyovun “İki piano üçün “Uvertüra” əsərini ifa ediblər.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!