Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
207

Ankarada türk dünyasının görkəmli şairi Kojogeldi Kuluyevin yubileyi qeyd olunub

Qırğız Respublikasının Xalq şairi, Qırğızıstanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) təmsilçisi Kojogeldi Kuluyevin 60 illik yubileyi Ankarada qeyd olunub.

Əvvəlcə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun böyük şairə ünvanladığı təbrik məktubu bu ölkənin Türkiyədəki səfiri Kubanychbek Omuralıev tərəfindən oxunub.

Tədbir çərçivəsində görkəmli şairin “Avuçtakı dünya” və “Yürək-məkan” şeirlər toplularının təqdimatı keçirilib.

TÜRKSOY-a üzv ölkələrin Ankaradakı təmsilçiləri, Türkiyə paytaxtında yaşayan və çalışan elm və mədəniyyət xadimləri, Qırğızıstandan gələn geniş tərkibli heyət, o cümlədən şairin qələm yoldaşları və dostları yubiley mərasiminə qatılıblar.

Əvvəlcə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın Mədəniyyət, Elm və Turizm nazirinin müavini Kayrat İmanaliyev, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Ankaranın Etimesgut rayon bələdiyyəsinin sədri Envər Dəmirəl və başqaları görkəmli şair Kojogeldi Kuluyevin zəngin mənalı həyat və yaradıcılığından, onun şeirlərinin türk dünyasının poeziya aləminə gətirdiyi yeniliklərdən, yüksək insani keyfiyyətlərindən danışıblar. 

TÜRKSOY-un kollektivi adından baş katibin müavini Bilal Çakıcı, təşkilatın məsul əməkdaşı Arman Nurmakhamatuly və başqaları Kojogeldi Kuluyevin yüksək insani keyfiyyətlərindən, türk dünyasının poeziyasının zənginləşməsi naminə qələmə aldığı şeirlərin fəlsəfəsindən danışıblar. Çıxışlarda diqqətə çatdırılıb ki, yubilyar mənsub olduğu qırğız mədəniyyəti ilə yanaşı, digər türkdilli xalqların mədəniyyətinin, eləcə də poeziyasının inkişafına eyni məhəbbətlə yanaşır.

Şairin qələm dostları onun şeirlərini oxuyub, poeziya yaradıcılığının nadir üslubundan bəhs ediblər.

Baş katib Düsen Kaseinov rəhbərlik etdiyi təşkilatın adından “Şərəf” medalını yubilyara təqdim edib.

Kojogeldi Kuluyev yüksək təşkilatçılıqla keçirilən yubiley tədbirinə, xoş sözlərə və səmimi təbriklərə görə təşəkkür edib. Mərasim zəngin bədii proqramla davam edib.

Qeyd edək ki, “Nəsimi ili-2019” çərçivəsində TÜRKSOY tərəfindən nəşr olunan “İmadəddin Nəsimi dünya dillərində” kitabında yer alan qırğız dilindəki şeirlər Kojogeldi Kuluyev tərəfindən şairin ana dilinə tərcümə edilib.

XƏBƏRLƏR

09.04.2020 15:10
Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirib
09.04.2020 13:23
“Gilavar” Azərbaycan Foto Klubu “Mədəniyyət/Culture” jurnalı ilə birgə layihə həyata keçirir
09.04.2020 11:35
Muzeylərə virtual səyahət layihəsinin növbəti video təqdimatı Azərbaycan Milli İncəsənət Muzeyi haqqındadır
08.04.2020 14:07
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan olunur
08.04.2020 10:29
Kitabxana Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinə virtual səyahətə dəvət edir
07.04.2020 13:24
"Evdə qal evdə yarat": Müraciətlərə davam edin!
07.04.2020 12:42
"Sənətə dəstək ol" xeyriyyə aksiyası
07.04.2020 10:54
"Minnətdarıq" adlı Respublika rəsm müsabiqəsi elan olunur
06.04.2020 15:34
İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"
06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib