Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
222

Milli Kitabxana beynəlxalq telekonfransda ölkəmizi təmsil edib

Mayın 15-də Milli Kitabxana “Kitabxanalar Qələbənin şahidləri: Gələcəyə baxış” mövzusunda keçirilən beynəlxalq telekonfransda təmsil olunub. Onlayn görüşdə İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının direktoru S.Qoroxova, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Belarus Milli Kitabxanasının baş direktoru, professor Roman Motulski, Qazaxıstan Milli və Qazaxıstan Akademik Milli Kitabxanalarının direktorları, Rusiya Prezident Kitabxanasının biblioqrafı, Rusiya Milli Kitabxanası Arxiv sənədləri şöbəsinin müdiri, Qırğızıstan, Özbəkistan Milli Kitabxanalarının direktorları və digər kitabxanalar iştirak etdilər.

Milli Kitabxananın direktoru Kərim Tahirov onlayn konfransda təqdimatla çıxış etmişdir. O, Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış, Böyük Vətən müharibəsində tarixi Qələbənin 75 illiyinə həsr olunmuş “Böyük Qələbə-75” adlı elektron məlumat bazasını və “Şanlı zəfər tariximiz” adlı virtual sərgini konfrans iştirakçılarına nümayiş etdirib.

K.Tahirov Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan Böyük Vətən müharibəsində tarixi Qələbənin 75 illiyi ilə əlaqədar “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı 2 cildlik fundamental biblioqrafiya və “Azərbaycan Milli Kitabxanası Böyük Vətən müharibəsi illərində” (Azərbaycan və rus dillərində) adlı kitab haqqında məlumat verib. O, eyni zamanda, Milli Kitabxananın Rusiya Dövlət İncəsənət Kitabxanası və Belarus Milli Kitabxanası ilə birgə planlaşdırılan Böyük Vətən müharibəsində tarixi Qələbənin 75 illiyinə həsr olunmuş layihələrin koronavirus təhlükəsi ilə bağlı payızda keçiriləcəyini diqqətə çatdırıb.

XƏBƏRLƏR

04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə