Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1094

“Xocalı ruhlarının harayı” adlı anım tədbiri keçirilib

24 fevral 2020-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünə həsr edilmiş “Xocalı ruhlarının harayı” adlı anım tədbiri keçirilib.

Musiqişünas Nərgiz Kərimova Xocalı qurbanlarının həyata keçməyən arzularından, Milli qəhrəman Çingiz Mustafayevin fədakarlığından, anaların ağrısı, körpələrin çəkdikləri acıdan, bu dəhşətli gecədən sonra xalqımızın yaşadığı və çəkdiyi sarsıntıdan ürəkağrısı ilə danışıb. Tədbir boyu ekranda faciəni əks etdirən foto-slaydlar, filmlərdən kadrlar nümayiş olunub.  

Qeyd edək ki, tədbirdə Xocalı şəhidlərinin ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini İradə Mahmudova,  Nərimanov rayon YAP-nın sədri Təhmiraz Tağıyev, Xocalı şəhid ailələri birliyinin sədri Mehriban Əliyeva, Nərimanov rayonunda  fəaliyyət göstərən müxtəlif təşkilatların nümayəndələri qonaq qismində iştirak ediblər. Qonaqlar çıxış edərək tədbir haqqında öz ürək sözlərini söyləyiblər.

Müəllim və şagirdlərin ifasında həzin musiqi nömrələri təqdim olunub. Tədbirdə həmçinin musiqisi Elmin Təhmaz, sözləri Rəna Mirzəyevaya məxsus olan “Xocalım” adlı videoçarx nümayiş olunub.

Məktəbin foyesində rəssamlıq şöbəsinin şagirdlərinin faciə qurbanlarının xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgi təşkil edilib. 

XƏBƏRLƏR

25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel