Xaçmaz regionu üzrə mədəniyyət müəssisələrində 20 Yanvar faciəsi ilə əlaqədar silsilə tədbirlər keçirilib
Xaçmaz Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar "Müstəqilliyə gedən yol" mövzusunda ədəbi- bədii tədbir keçirilib.
Xudat şəhər Folklor evində 20 Yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş "Qanı ilə azadlıq dastanını yazanlar" adlı tədbir keçirilmişdir.
Xaçmaz şəhər Uşaq İncəsənət məktəbində faciə ilə əlaqədar məktəbin şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Xaçmaz Döyüş Şöhrəti muzeyinin əməkdaşları 1990-cı il "Qanlı yanvar faciəsi"nin 30 illiyi ilə əlaqədar Abumüslüm Səlimov adına Xaçmaz şəhər 7 saylı məktəbdə “Qan yaddaşımız" adlı mūhazirə -müzakirə keçirmişdir.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində “20 yanvar - Biz tariximizi unutmayaq” adlı ədəbi – bədii kompozisiya keçirildi. Xaçmaz Diyarşünaslıq muzeyi Döyüş Şöhrəti və Xalça muzeyi filialları ilə birgə Z.Abdullayev adına Uzunoba kənd orta məktəbində '20 Yanvar faciəsi"nin 30-cu ildönümünə həsr olunmuş "Azadlıq carçıları" adlı tədbir keçirdi.
Quba Heydər Əliyev Mərkəzində Quba Asan Xidmət Mərkəzi, Gənclərin İnkişaf və Karyera mərkəzinin əməkdaşları və könüllüləri və Quba MKS-nin əməkdaşları ilə birlikdə 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – qəhrəmanlıq və rəşadət günüdür” mövzusunda tədbir keçirilmişdir.
Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “Şəhidlər, tarixləşən istiqlal tariximiz” adlı şeir gecəsi keçirildi. 16.01.2020-ci il tarixdə rayon MKS-nin mərkəzi kitabxanasının uşaq şöbəsinin oxu zalında 20 Yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “20 Yanvar uşaqların gözü ilə” mövzusunda rəsm və kitab sərgisi keçirildi.
Qusar rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar hadisələrinin otuzuncu ildönümünə həsr olunmuş “Tarix unutmayır qəhrəmanları” mövzusunda tədbir keçirilmişdir. Qusar Dövlət Rəsm Qalereyasında faciə ilə əlaqədar rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir.
Qusar rayon uşaq incəsənət məktəbində faciənin ildönümü ilə bağlı “Qan yaddaşımız” mövzusunda tədbir keçirilib.
Şabran Tarix Diyarşünaslıq Muzeyində 20 Yanvar Faciəsinin 30 – cu ildönümü ilə əlaqədar “Vətən şəhidləri ilə ucalır” adlı tədbir keçirilmişdir.
Siyəzən rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin təşkilatçılığı ilə “Qara yanvar” adlı sərgi təşkil olunmuş və tədbir keçirilmişdir.