13.09.2019 10:38
Sentyabrın 13-dən 22-dək Şotlandiyanın (Böyük Britaniya) İst-Lotian bölgəsində Lammermur Festivalı keçiriləcək.
Tədbir çərçivəsində sentyabrın 18-də violonçel ifaçısı Camal Əliyev çıxış edəcək. Konsertin proqramına N.Paqanini, F.Şopen, R.Şuman, S.Raxmaninov və B.Martinunun əsərləri daxildir.
Beynəlxalq mükafatlar laureatı Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.