Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
472

Uşaqlar üçün növbəti tədbir - Jest dili ilə nağıl saatı

Dekabrın 2-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və “Araxçın MMC/Silent Communication” komandasının birgə təşkilatçılığı ilə eşitmə məhdudiyyətli uşaqlar üçün “Jest dili ilə nağıl saatı” adlı tədbir keçirilib.

Tədbirdə 2 nömrəli xüsusi internat məktəbinin şagirdləri iştirak edib.

Əvvəlcə kitabxananın əməkdaşı, təlimçi-surdoloq Könül Quliyeva və Şamil Sabirzadə uşaqlar üçün ekskursiya təşkil edib. Onlar kitablar, oxu zalları və xidmət şöbəsi ilə yaxından tanış olublar. Burada kitaba sevgi və mütaliə haqqında geniş məlumat verilib. Kitabxananın nağıl otağında isə Azərbaycan xalq nağıllarının qəhrəmanları müzakirə olunub.

Sonra oxu zalında jest dilinə tərcümə olunmuş “Madaqaskar1” cizgi filminin təqdimatı keçirilib.

Sonda uşaqlara kitablar hədiyyə edilib.

XƏBƏRLƏR

29.01.2020 11:39
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni pilot sorğu keçirmək niyyətindədir
29.01.2020 10:33
“Buratino” nağıl-tamaşası növbəti dəfə təqdim edilib
29.01.2020 10:33
Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb
29.01.2020 09:33
Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd edilib
28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib