Azərbaycan Dövlət Uşaq Filarmoniyasının tərkibində artıq uzun illərdir fəaliyyət göstərən “Bacarıqlı əllər” rəsm dərnəyi yeni layihəyə başladı. Belə ki, “Bacarıqlı əllər” rəsm dərnəyi həftə sonları rəssamlığın müxtəlif növləri üzrə master-klass dərsləri keçirəcək.
10 noyabr 2019-cu il tarixində vitraj üzrə master-klass baş tutdu. Məlumat üçün qeyd edək ki, vitraj şüşə üzərində müxtəlif ornament və ya süjetli dekorativ kompozisiyanın işlənməsidir. Uşaqlar tərəfindən böyük maraqla qarşılanan tədbirin əsas məqsədi onların mənəvi aləmlərinin zənginləşməsi, rəssamlığın müxtəlif növləri ilə tanışlığı və asudə vaxlarının səmərəli keçirilməsidir. Bu kimi tədbirlər uşaqların gələcəyi üçün vacib amillərdən biridir.
Tədbirin sonunda uşaqların işlədikləri kompozisiyalar xatirə olaraq özlərinə hədiyyə olunub.