Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1734

Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb

Sudanın “əl-Vatan”, “əl-Vatr əl-Sabi”, “əl-Manar” qəzetləri, “Tryaq nyuz”, “Mufakərə” portalları Sami Yusuf haqqında yazı dərc edib.

"Sami Yusuf: nəfs səhrasında azıb qalmış ruhların hidayət ulduzudur” adlı məqalənin müəllifi Nuha İbrahim Salimdir.

Məqalədə deyilir: “Mahir bir kapitan bizi nur dənizinin ənginliklərində üzdürməyi yaxşı bacarar. Yalnız o, gəmisinin yelkənlərini səliqə ilə açıb küləyə sinə gərərək kompassız istiqaməti düzgün tuta bilər. Dəniz quşlarının dilini bilər, sərin yelin nə demək istədiyini anlayar, dənizin sədəflərini, dalğalarını, su pərilərinin dilini yaxşı başa düşər. Mahir bir dənizçi imanı və ülvi qayəsi ilə duzlu suyu məhəbbətə və sülhə susamış ürəklərin içəcəyi şirin suya çevirə bilər, çirkli reallığı hər cür pislikdən təmizləyər, ürəklərimizin rahatlıq tapdığı ruhi gözəlliyə çatdırar.

Bu mahir şəxs özünəməxsus səsi olan sənətkar, musiqiçi, bəstəkar, dini musiqilərin ifaçısı, Böyük Britaniya vətəndaşı, əslən azərbaycanlı Sami Yusufdur. O, müsahibələrinin birində əsl adının Siyamək olduğunu bildirib. Deyib ki, dostları və müəllimləri onu Sam, sonralar isə Sami çağırıblar. Yusuf adını isə peyğəmbərimiz Yusuf əleyhissalama vurğunluqdan qəbul edib”.

Sami Yusuf 1980-ci ildə Tehranda azərbaycanlı ailəsində doğulub. Uşaqlığının bir hissəsini Azərbaycanda keçirib, daha sonra Böyük Britaniyaya köçüb. Musiqiyə uşaq yaşlarından böyük maraq göstərib. Xüsusilə, atasının xanəndə, musiqiçi, eyni zamanda bəstəkar və şair olması onda musiqiyə dərin həvəs oyadıb. Müxtəlif musiqi alətlərində ifa etməyə başlayıb, zaman keçdikcə davamlı məşq və sonsuz həvəsi nəticəsində misilsiz səsə malik mahir ifaçıya və bəstəkara çevrilib. İstedadı onu Londondakı Kral Musiqi Akademiyasına gətirib çıxarıb.

Musiqiyə bağlılığı, musiqi ilə nəfəs olması onu hədəfinə çatdırıb. Bütün bunlar Sami Yusufu klassik və müasir Qərb musiqisini, fars, türk, Azərbaycan ritmlərini, bütün ərəb məqamələrini, Yaxın və Orta Şərq təranələrini, Afrika və Şərqi Asiya nəğmələrini, Şimali və Cənubi Amerika mahnılarını – bir sözlə, musiqinin bütün gözəlliyini dərindən duyan şəxsə çevirib. Özünün musiqi duyumu və istedadı sayəsində ingilis, ərəb, fars, Azərbaycan, urdu, türk dillərində mahnılar oxuyub.

Sami Yusuf dini, imanı ilə fəxr edir. O, bununla Qərbdə, xüsusilə 11 sentyabr hadisələri zamanı İslama qarşı formalaşmış baxışları və ona yönələn ittihamların dəyişməsinə töhfəsini verib. Allahın, peyğəmbərin (s.) insanlara məhəbbətini təbliğ etməklə, millətlər arasında ayrı-seçkilik salmayan, müxtəlif xalqları birgə yaşayışa səsləyən, əxlaqi keyfiyyətləri üstün tutmağa çağıran Məhəmməd peyğəmbərin ülvi missiyasının mahiyyətini çatdırmaqla İslam dinini qorumağa qalxıb. Sami Yusuf hər addımında, cümləsində aydın şəkildə bildirib ki, İslam bütün sivilizasiyalardan üstün olan ümumbəşəri dindir. O, həmçinin müsəlmanların Qərblə bağlı ədalətsiz baxışının dəyişməsinə nail olub. Minlərlə insanı cəm edən konsertləri, ilk mahnı albomundan başlamış (“Müəllim” (2003-cü il), “Anam” (2005), “Sənsiz” (2009), “Harda olursan ol” (2010), “Salam” (2012), “Cövhər” (2014), “Yol mahnıları” (2015), “Bərəkət” (2016), “Sami” (2018), “Sevinc” (2019) milyonlarla nüsxəsi satılmış və bütün KİV-lərin əsas xəbərlərindən birinə çevrilmiş sonuncu albomuna qədər bir çox insanın İslam dinini qəbul etməsinə səbəb olub. Bütün bunlar onun uğurunu açıq-aydın göstərir. Xalqlara, mədəniyyətlərə, dinlərə, adət-ənənələrə ehtiramı sayəsində, onlar arasında ruhi və fikri bağlantı yaratmağa olan yorulmaz fəaliyyəti nəticəsində bu uğurlara imza atıb. Böyük fərqliliklərə baxmayaraq, o, bütün bu qəlblərin birgə döyünməsini təmin edə bilib. Onun musiqisini, ifasını, seçdiyi qəzəllərini dinlədikcə, bunu hiss edirsən.

Əlbəttə, onun öz azərbaycanlılığı ilə fəxr etməsini qeyd etməyi də unuda bilmərik. Bu hiss onun əksər işlərində, Azərbaycanda təşkil etdiyi konsertlərdə, iştirak etdiyi festivallarda özünü göstərir. Bu festivalların ən yaxşılarından biri şair Nəsimiyə həsr edilib. 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Bakı və Şamaxıda təşkil olunmuş II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında iştirak edib. Həmin ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirakına görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Həmçinin Şərqdə təsəvvüf ədəbiyyatının ən gözəl və böyük mütəfəkkir şairlərindən biri olan Nəsiminin 650 illiyinə həsr edilmiş festival çərçivəsində bir sıra mədəni və bədii tədbirlər keçirilib. Şairin böyüklüyünə ehtiram əlaməti olaraq Sami Yusuf bu möhtəşəm festivalda çıxışını onun xatirəsinə həsr edib. Bu tədbirdə yerli və xarici musiqiçilər, yaradıcı insanlar iştirak ediblər. Sami Yusuf təqdim etdiyi mükəmməl “Nəsimi” musiqisi ilə şairin fəlsəfəsini, fikrini elə əhatə edib ki, insanları öz keçmişinə qaytarıb, onlarda Nəsimiyə bağlılıq hisslərini oyadıb.

İmadəddin Nəsimi ilə Sami Yusufu bir-birinə bağlayan şeh damlası kimi şəffaf, pak dünyalarının olmasıdır. Onların ruhları ilahi varlığa, onun peyğəmbəri Məhəmmədə (s.a.s), digər peyğəmbərlərə, bütün insanlığa, ona ehtiram edən hər kəsə məhəbbətlə yanaşır. Sami Yusuf bu eşqlə dolu sözləri, vəsfinə aciz olduğumuz səmimi hisləri və musiqisi vasitəsilə bizi “Şirvanşahlar sarayı” adlı musiqi parçası ilə heyrətləndirir.

Onun “Qobustan” adlı musiqi parçası da maraqlıdır. Qobustan Azərbaycanda qədim tarixi yerdir. Orada 300-dən çox palçıq vulkanı vardır. Orada mövcud olan 6 mindən çox qaya rəsmləri 20 min il bundan əvvəl yaşamış qədim insanların həyatını təsvir edir. “Qobustan” adlı mahnıya qulaq asan şəxsin gözü qarşısında o dövrün həyatı, ov, yığıcılıq, rəqs səhnələri, kütləvi ayinlər, vəhşi heyvanların şəkilləri, yeməklər, döyüşçülər, qayıqlar, ulduzlar və s. canlanır. Bunları yaradan Sami Yusuf, doğrudan da belə unikal şəxsdir.

Yaxşıdır ki, bütün bu şan-şöhrət Saminin xeyriyyəçiliyə olan sevgisini, zəiflərə diqqətini əlindən ala bilməyib. Əksinə, onun rəhm, xeyirxahlıqla dolu xasiyyətini daha çox gücləndirib. O, BMT və Uşaqlara Yardım Fondunun (The Save the Children Fund) himayəsində olan xeyriyyə təşkilatları ilə birlikdə xeyirxah fəaliyyətlər göstərib. Pakistanda daşqınlardan zərərçəkənlərə yardım edib, onlara ümid mesajları və mahnıları ilə (“Çağırışınızı eşidirəm” mahnısı ilə) nikbinlik verib. Həmçinin Darfur bölgəsində münaqişə qurbanlarına yardım üçün Londonda xeyriyyə konserti keçirib.

“Unudulmuş vədlər” adlı musiqisi vasitəsilə BMT-nin Beynəlxalq Ərzaq Proqramı ilə birlikdə başlatdığı könüllülük kampaniyasına dəstək verməyə çağırıb. Beləliklə, bu gənc nurlanma yolunda daim ucalan, paklanan bir qəlblə hər yerdə parlaq simaya çevrilib. Bütün bu sadalananlar onun özəlliyini və əsrarəngizliyini qeyd etməyə kifayət etmir. Onun özü haqqında bir dəfə dediyini qeyd edək: “Ruhumla səfərə çıxıram. Bu səfəri ruhumdan başlayıram”.

Sonda deyirəm: “Sami Yusuf: nəfs səhrasında azıb qalmış ruhların hidayət ulduzudur”.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi