18.03.2020 09:18
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq etdiyi tövsiyələrə uyğun olaraq, Koronavirus (C
OVİD-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün Şəki Regional Mədəniyyət İdarəsi üzrə Zaqatala, Qax və Şəki rayonlarının mədəniyyət müəssisələrində, o cümlədən Balakən rayon Tarix-Diyarşünaslıq Muzeyində, Zaqatala rayon Heydər Əliyev Mərkəzində, Rayon Mədəniyyət Mərkəzində, Mərkəzi kitabxana və onun şöbələrində, Tarix-Diyarşünaslıq muzeyində, Uşaq İncəsənət Məktəbində, Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxanada, S.Vurğun adına Mədəniyyət Mərkəzində, Tarix-Diyarşünaslıq Muzeyində, İsmayıl Dağıstanlının Xatirə Muzeyində, Rəsm Qalereyasında və Şəki Regional Mədəniyyət İdarəsinin İnzibati binasında dezinfeksiya işləri həyata keçirilib.Dezinfeksiya işləri müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən aparılıb.