Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1286

Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib

Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxu zalında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, Tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar “Yaddaşlarda yaşayan qəhrəman” adlı tədbir keçirildi.

Tədbirdə Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri  İctimai Birliyinin Quba rayon filialının sədri, II qrup Qarabağ əlili Yusif Nöhbalayev və Azərbaycan  Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri  İctimai Birliyinin Quba rayon filialının sədr müavini I qrup Qarabağ əlili Rəşid Əmirov iştirak edirdi. Əvvəlcə Həzi Aslanovun həyat və döyüş fəaliyyətinə həsr olunmuş təqdimat izlənildi.

Sonra MKS-nin direktoru Saməddin Nəsirov çıxış edərək bildirdi ki, 2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 ili tamam olur. Bəşəriyyətin  yaddaşına dağıdıcı müharibə kimi daxil olmuş İkinci Dünya müharibəsi zamanı faşizm əleyhinə  aparılan mübarizədə Azərbaycan xalqının da böyük xidmətləri olmuşdur. 1941-1945-ci illərdə Azərbaycanın altı yüz mindən artıq övladı müharibəyə yollanaraq müxtəlif cəbhələrdə vuruşmuş, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Quba rayon filialının sədri,  II qrup Qarabağ əlili Yusif Nöhbalayev çıxış edərək bildirdi ki, xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlıq rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən azad olması uğrunda gedən ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazmışdır. Həzi Aslanovun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun  bütün şəxsi heyyəti üçün əsil qəhrəmanlıq nümunəsidir.

Daha sonra kitabxananın əməkdaşları Rübabə Hacıbəyova və Faiq Əliyev çıxış edərək bildirdilər ki, ölümündən 47 il sonra 1991-ci ildə Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Bakıdakı qəbri üzərində qəhrəmanın abidəsi ucaldılmış, doğulduğu Lənkəran şəhərində ev-muzeyi açılmışdır.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib