08.11.2019 10:03
Qax Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən İsmayıl Dağıstanlı adına Xalq Teatrı noyabrın 7-də teatrsevərlərə Əhməd Orucoğlunun “Məhəbbət bir bəladır” ikihissəli komediyanı təqdim edib.
Teatrın rejissoru Gülşad Paşayevanın quruluş verdiyi tamaşada rolları mədəniyyət işçiləri Fikrət Ramazanov, Ceyran Rəcəbova, Hökumə Əhmədli, Solmaz Həsənova, Xəlil Nəsibov, Şəmsəddin Quliyev, Aydan Əhmədli, Əli Yunusov və Yusif Qurbanov ifa ediblər.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Xalq Teatrı bu tamaşa ilə III Respublika Xalq Teatrları Festivalının bu il iyunun 23-24-də Bakı şəhərində keçirilən final mərhələsində uğurla çıxış edərək, komediya janrı üzrə diploma layiq görülüb.