Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
200

“Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə səhnədə

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük fransız yazıçısı, dramaturq Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə təqdim olunub.

İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

Tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Qeyd edək ki, möhtəşəm əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa ediblər.

XƏBƏRLƏR

08.04.2020 14:07
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan olunur
08.04.2020 10:29
Kitabxana Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinə virtual səyahətə dəvət edir
07.04.2020 13:24
"Evdə qal evdə yarat": Müraciətlərə davam edin!
07.04.2020 12:42
"Sənətə dəstək ol" xeyriyyə aksiyası
07.04.2020 10:54
"Minnətdarıq" adlı Respublika rəsm müsabiqəsi elan olunur
06.04.2020 15:34
İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"
06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev