Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1392

Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, avqustun 8-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Salyan rayon Heydər Əliyev Mərkəzində Salyan rayonundan olan vətəndaşları qəbul edib.
Həmçinin mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Neftçala rayon Heydər Əliyev Mərkəzində Neftçala sakinlərini, nazir müavini Rafiq Bayramov Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar rayonundan olan vətəndaşları qəbul ediblər.
Qəbullardan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.
Nazir Əbülfəs Qarayevin qəbulunda iştirak edən Salyan sakinləri tərəfindən rayonda mədəniyyət sarayının tikilməsi, su qülləsinin tarixi abidə kimi dövlət qeydiyyatına alınması, görkəmli bəstəkar mərhum Arif Məlikovun şəxsi əşyalarından Tarix-diyarşünaslıq muzeyinə verilməsinə köməklik göstərilməsi, yeni təmir olunmuş Salyan rayon Uşaq incəsənət məktəbinə inventar və avadanlıqların verilməsi ilə bağlı müraciət ediblər.
Görüşdə həmçinin vətəndaşlar rayonda görkəmli şəxsiyyətlərin yubiley tədbirlərinin ölkə üzrə virtual müsabiqəsinin təşkil olunması, mədəniyyət müəssisələrində xidmətlərin səviyyəsinin yüksəldilməsi üçün metodiki köməkliyin göstərilməsi məqsədilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşlarının rayona ezam olunması, xalçaçılıqla bağlı layihənin həyata keçirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.
***
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda vətəndaşlar rayonun Boyat kəndi ərazisində yerləşən tarixi əhəmiyyətli məzar daşlarının qorunması, görkəmli kimyaçı alim, akademik Yusuf Məmmədəliyevin 115 illik yubileyinin keçirilməsinə köməklik göstərilməsi, Kukla teatrına Xalq kollektivi adının verilməsi, “Ailə”, “Kitab və kitabxana” layihələrinin keçirilməsi, “Kitabxanaçı günü”nün təsis olunması, rayon mərkəzindən kənarda yerləşən mədəniyyət müəssisələrinə musiqi alətlərinin verilməsi ilə bağlı müraciət ediblər.
Qəbulda həmçinin Mərkəzi kitabxanada ALİSA - mərkəzləşdirilmiş elektron kitabxana sisteminin tətbiqi üçün fiber-optik internet xəttinin çəkilməsi, Mədəniyyət mərkəzində istilik sisteminin quraşdırılması barədə müraciətlər də səsləndirilib.
***
Nazir müavini Rafiq Bayramovun Biləsuvarda vətəndaşlarla gerçəkləşən görüşündə sakinlər şəhərdəki Uşaq incəsənət məktəbinin təmir olunması, Mədəniyyət mərkəzinin nəzdində fəaliyyət göstərən “Pəncərə” teatr-studiyasına Xalq teatrı adının verilməsi, həvəskar Kukla teatrının yaradılması üçün lazımi aksesuarların verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciət ediblər.
Keçirilən qəbullarda Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinin nümayəndələri də iştirak edib. Görüşlərdə vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerində həll edilib. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Mədəniyyət naziri və müavinlərinin regionlarda keçirilən budəfəki görüşlərində ümumilikdə 50 nəfərə yaxın vətəndaş iştirak edib.

XƏBƏRLƏR

13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib
09.11.2019 11:12
Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub
09.11.2019 10:55
Şirvan aşıqları Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər
08.11.2019 17:04
Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib
08.11.2019 16:45
Mərkəzi İncəsənət məktəbində “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” adlı tədbir keçirildi
08.11.2019 16:20
Dövlət Bayrağı Günü münasibətilə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə tədbirlər keçirilir
08.11.2019 16:02
Mədəniyyətin müxtəlif ixtisaslarını əhatə edən kurs proqramları hazırlanıb
08.11.2019 15:58
Milli Kitabxanada Bayraq Gününə həsr olunmuş kitab sərgisi açılıb
08.11.2019 15:56
Dünya şöhrətli belçikalı violin ifaçısı Maykl Qutman Bakıda çıxış edəcək
08.11.2019 14:11
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Vaqif” operası nümayiş edilib
08.11.2019 10:20
Ağcabədi rayonunda “Xarı Bülbül” festivalı keçirildi