Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
863

Macarıstanda keçirilən tədbirdə Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti iştirak edib

Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin nümayəndə heyəti məktəbin direktoru Əziz Qarayusiflinin rəhbərliyi ilə 8-13 oktyabr 2019-cu il tarixində Macarıstan Respublikasının Budapeşt şəhərində Boçkay İstvan İslahatlar Təhsil Mərkəzinin direktoru Papp Kornelin dəvəti ilə məktəbin 20 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib.

Tədbirdən öncə Slovakiya, Çexiya, Polşa, Rumıniya, Macarıstan, Rusiya və Azərbaycan Respublikasının nümayəndə heyətlərinin iştirakı ilə müxtəlif məzmunlu görüşlər keçirilib. Belə ki, İslahatlar Təhsil Mərkəzinin rəhbəri Papp Kornel, Sankt-Peterburq Musiqi liseyinin direktoru Vitali Romanov və Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin direktoru Əziz Qarayusifli iştirakı ilə keçirilən işgüzar görüşdə hər üç ölkənin musiqi və incəsənət sahəsində təhsil sistemlərinin öyrənilməsi, təcrübə mübadiləsinin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi haqqında müzakirələr edilib. Bir neçə müştərək festival və müsabiqələrin keçirilməsi haqqında danışıqlar aparılıb. Rusiya, Macarıstan və Azərbaycan ölkələri arasında “Günəşə doğru” adlı yeni müsabiqənin keçirilməsi üçün razılıq əldə edildi.

Tədbir çərçivəsində musiqi alətləri emalatxanası haqqında söhbətlər aparılıb, simli və nəfəs alətlərinin düzəldilməsi işində Macarıstanın qədim və böyük təcrübəyə malik olduğu vurğulanıb. Daha sonra Mərkəzi İncəsənət Məktəbinin emalatxanasında çalışan usta Oqtay Hüseynovun istehsal etdiyi violin aləti qonaqlara təqdim edilib, alət peşəkarlar və  mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.

Budapeşt Musiqi Kollecinin Böyük zalında keçirilən konsertdə Əməkdar artist Əziz Qarayusifli, Budapeşt konservatoriyasının professoru klarnet ifaçısı İstvan Varqa ilə birlikdə çıxış ediblər. Həmçinin tədbirdə Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin təqdim etdiyi musiqi nömrələri alqışlarla qarşılanıb.

Həmçinin Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin violin üçün Sonatası (4 hissə) Budapeşt konservatoriyasının professoru, tanınmış violin ifaçısı Andrea Şuster və konsertmeyster Tatyana Qarayusifli tərəfindən məharətlə ifa edilib.

XƏBƏRLƏR

17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib