Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
218

Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir

Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıqla dolu həyat yolu” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun ev-muzeyində görkəmli sərkərdənin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Toplantıda çıxış edən mərkəzin direktoru Reyhanə Sadıxova qəhrəmanın şərəfli və mənalı həyat yolundan, döyüş zamanı göstərdiyi şücaətindən danışıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev general Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu gün bu diqqət Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bunun bariz nümunəsidir. Həzi Aslanovun ömür yolu hər bir Azərbaycan gənci üçün örnəkdir.

Lənkəran şəhər 3 nömrəli tam orta məktəbin direktoru Aqil Sadiyev, Həzi Aslanov ev-muzeyinin baş mühafizi Həcər Nəsirova çıxışlarında belə tədbirlərin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbirin sonunda Həzi Aslanovun şərəfli həyat yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

XƏBƏRLƏR

19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub