Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2209

Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib

Fevralın 21-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri ümummilli lider Heydər Əliyevin “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir” sözləri ilə açan kitabxananın direktoru Oruc Quliyev, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

Sonra Bakı Dövlət Universitetinin müəllimi, tarixçi-toponimist Nazim Tapdıqoğlunun “Xocalı faciəsi. Ermənistanın Azərbaycana təcavüzü” adlı məruzəsi dinlənilib.

Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin üzvü, Xocalı sakini Hüseynağa Quliyev döyüşlərdə iştirakı, yaralanması, ermənilərə əsir düşərkən sonsuz işgəncələrə məruz qalmasından söz açıb.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, “Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin üzvü Natiq Məmmədzadə, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təftiş komissiyasının sədri Zahid Qarayev, Xocalı döyüşçüsü Nazim Hüseynov, ehtiyatda olan polkovnik Rəfael Xəlilov, Yasamal Rayon İcra Hakimiyyətinin baş məsləhətçiləri Cavid Şıxcəfərli, Səyavuş Həsənzadə, AMEA-nın Əlyazmalar İnstitutunun dissertantı İradə Əlili, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova, “Sosial-İqtisadi Araşdırmalar” İctimai Birliyinin sədr müavini Fərqanə Əliyeva, Qarabağ qaziləri Valeh Babayev, Hüseyn Əliyev, Ələsgər Orucəliyev, Mehdi Əliyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələrinin və keçmiş sovet 366-cı motoatıcı alayının Xocalıya divan tutması, soyqırımı törədilməsi, Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsi olması mövzusunda çıxış ediblər.

Tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri və Yasamal rayonu 176 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi kompozisiya ilə davam edib.

Tədbirin sonunda “Xocalı soyqırımını unutmayaq”, “Xocalıya Ədalət” adlı kitab sərgilərinə və Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb