Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
475

Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib

Yanvarın 27-də, F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın banisi Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib.

Tədbirdə ədəbiyyat tarixçisi, nəzəriyyəçisi, tənqidçisi, tərcüməçi, mətbuat və teatr qurucusu, pedaqoq, maarifçi Firidun bəy Köçərlinin həyat və fəaliyyətini əks etdirən “Tarixin izi ilə” film nümayiş edilib.

Tədbirdə çıxış edən kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova bildirib ki, Firidun bəy Köçərli Azərbaycan folklorşünaslığında da xüsusi xidmətləri olan şəxsiyyətlərdəndir.

“O, gənc nəsli düzgün tərbiyə etmək, onda vətənə, xalqa, ana dilinə məhəbbət duyğuları oyatmaq üçün uşaqları hələ kiçik yaşlarından şifahi ədəbiyyat nümunələri ilə tanış etməyi ilkin tərbiyə üsullarından sayır və bunu valideynlərə məsləhət görürdü. Heç təsadüfü deyil ki, o, çap etdirdiyi şifahi xalq ədəbiyyatı nümunələri kitabına bu baxımdan çox mənalı olan “Balalara hədiyyə” adı verib. Dövrünün ədəbi hadisələrini diqqətlə izləyən Firidun bəy Köçərli ədəbiyyatda xəlqiliyin və demokratik meyllərin inkişaf etdirilməsi üçün ciddi səy göstərmiş, realizmin yorulmaz təbliğatçısı olmuşdur. Azərbaycan mədəniyyəti tarixində dərin iz qoymuş əvəzolunmaz ədəbiyyatşünas Firidun bəy Köçərli illər ötsə də hörmətlə anılacaq, yada düşəcək, xalqımız böyük mütəffəkirimizi heç vaxt unutmayacaq”, - deyə Z.Dadaşova bildirib.

Tədbir iştirakçılarına ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsinin əməkdaşları tərəfindən hazırlanmış F.Köçərli elektron məlumat bazası təqdim edilib. Daha sonra F.Köçərli haqqında yazılmış elmi məqalə tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

XƏBƏRLƏR

19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib
17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub