Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
481

“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən 19 fevral 2020-ci il tarixində Yasamal rayon 176 nömrəli orta məktəbdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Doğma dilim, ana dilim”adlı tədbir keçirdi.

Tədbiri giriş sözü ilə kitabxanın metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova açaraq bildirdi ki, fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında”  Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə qayğısının parlaq nümunələrindən biridir.

176 saylı  məktəbin tərbiyə işləri üzrə  direktor müavini Palmira Nəbiyeva çıxış edərək bildirdi ki,  dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Tədbirdə 176 saylı məktəbin biologiya müəllimi Musayeva Xuraman, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Qənirə Mustafayeva öz çıxışlarında ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışdılar. 

Tədbir 176 nömrəli orta məktəbin şagirdləri Quliyev Sadiq, Qasımova Xədicə, Şabanova Aytac, Quliyeva Nəzrin və digərlərinin ifasında Xəlil Rza Ulutürkün “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şerlərinin səslənməsi ilə davam etdi.

Tədbir kitabxanada  “Dilimiz varlığımızdır” adlı kitab sərgisinə baxışla sona çatdı.

XƏBƏRLƏR

09.04.2020 15:10
Mədəniyyət naziri Əbülfəs Qarayev videoqəbul keçirib
09.04.2020 13:23
“Gilavar” Azərbaycan Foto Klubu “Mədəniyyət/Culture” jurnalı ilə birgə layihə həyata keçirir
09.04.2020 11:35
Muzeylərə virtual səyahət layihəsinin növbəti video təqdimatı Azərbaycan Milli İncəsənət Muzeyi haqqındadır
08.04.2020 14:07
Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş vətənpərvərlik mahnısı müsabiqəsi elan olunur
08.04.2020 10:29
Kitabxana Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinə virtual səyahətə dəvət edir
07.04.2020 13:24
"Evdə qal evdə yarat": Müraciətlərə davam edin!
07.04.2020 12:42
"Sənətə dəstək ol" xeyriyyə aksiyası
07.04.2020 10:54
"Minnətdarıq" adlı Respublika rəsm müsabiqəsi elan olunur
06.04.2020 15:34
İlham Namiq Kamal: "Hamını bir-birinə dəstək olmağa çağırıram"
06.04.2020 14:04
Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edir
06.04.2020 12:26
Xüsusi karantin dövründə muzeylərin fəaliyyətinə həsr olunan videokonfrans keçirilib
06.04.2020 10:03
Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi uğurla davam edir
02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib