Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1116

Daşkənddə “Nəsimi ədəbiyyat günləri” çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) bu ölkədə dahi şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirir.

“Nəsimi ili” çərçivəsində növbəti tədbir dekabrın 4-də Özbəkistan Milli Elmlər Akademiyasının (ÖMEA) Nəvai adına Ədəbiyyat İnstitutunda “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans olacaq.

AMM və ÖMEA-nın birgə layihəsi ilə reallaşacaq beynəlxalq elmi konfransda Özbəkistan və Azərbaycanın tanınmış elm, ədəbiyyat xadimləri, nəsimişünas alimləri iştirak edəcək.

Tədbir çərçivəsində mərkəzin sərgi salonunda “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi açılacaq.

Dekabrın 6-da isə AMM-də “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması, habelə “Canımı qıldım fəda...” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Azərbaycandan filologiya üzrə fəlsəfə doktoru, nəsimişünas alim Səadət Şıxıyeva, Nəsiminin vətənindən isə Şamaxı-İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, gənc şair və alimlər Fərid Hüseyn və Kərimulla Məmmədzadə iştirak və çıxış edəcəklər.

Tədbirdə bu ilin may ayında elan edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin Özbəkistan və Azərbaycandan olan qaliblərinə AMM-nin fəxri diplomları və pul mükafatları veriləcək.

Qeyd edək ki, müsabiqəyə hər iki ölkənin şairləri Nəsimi yaradıcılığına həsr etdikləri, habelə dahi şairin dəstixəttinə, üslubuna yaxın yazdıqları şeirlər təqdim olunub. Toplanmış bu şeirlər əsasında “Menga sig‘ar ikki jahon (she’rlar)” adlı kitab çap edilib və tədbir çərçivəsində bu nəşrin təqdimatı da keçiriləcək.

Bundan başqa, “Nəsimi ədəbiyyat günləri” çərçivəsində AMM-nin təşəbbüsü ilə Mukimi adına Özbəkistan Musiqili-Dram Teatrının hazırladığı və dahi şair İmadəddin Nəsimiyə həsr etdiyi tamaşanın nümayişi nəzərdə tutulub.

AMM-nin reallaşdırdığı “Nəsimi ədəbiyyat günləri” layihəsinə Azərbaycan və Özbəkistanın Mədəniyyət nazirlikləri, ölkəmizin Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, TÜRKSOY, hər iki ölkənin Milli Elmlər akademiyaları, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Özbəkistanın “Kitab dünyası” və Azərbaycanın “Kaspi” qəzetləri müvafiq dəstək göstərir.

“Nəsimi ədəbiyyat günləri”nin bağlanış mərasimi Özbəkistanın Xalq Çalğı Alətləri Ansamblının ifasında dahi şairin şeirlərinə yazılmış musiqi əsərləri, habelə Azərbaycan bəstəkarlarının mahnılarından ibarət konsert proqramı ilə başa çatacaq.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb