Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
995

Bursada qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

Türkiyə Cümhuriyyəti Bursa şəhərinin Osmanqazi Bələdiyyəsinin dəvəti ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri əməkdaşlıq məsələlərinin müzakirəsi məqsədilə Bursa şəhərində səfərdə olublar.

Səfər çərçivəsində Bursa Osmanqazi Bələdiyyəsinin tabeliyində fəaliyyət göstərən müxtəlif profilli mədəniyyət müəssisələrinə baxış keçirilib. Baxış Bələdiyyənin Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən biçmə tikmə, marketinq, dil, özünü düzgün ifadə etmə, rəsm, satış, ebru, çini və sair dərnəklərə keçirilib.

Görüşdə mədəniyyət idarəsinin işçilərinə mərkəzin direktoru Asif Usubəliyev tərəfindən Azərbaycanda mədəniyyət sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Daha sonra dərnəklərin cəmiyyətdə daha geniş tanıdılması istiqamətində ölkələr tərəfindən işlər barəsində fikir mübadiləsi aparılıb. Bursa Osmanqazi Bələdiyyəsinin Mədəniyyət İdarəsinin müdiri Kenan Kır çıxışında dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin qorunmasında mədəniyyət sahəsinin önəmini qeyd edərək mövcud istiqamətdə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə işgüzar əlaqələrin yaradılmasında maraqlı olduğunu bildirib.

Önəmli görüşlərdən biri də Bursa Osmanqazi Bələdiyyəsinin sədrinin birinci müavini Cem Kürşat Həsənoğlu ilə dekabrın 3-də təşkil olunub. Görüşdə kütləvi tədbirlər ilə yanaşı, akademik xarakter daşıyan birgə konfransların da təşkili barəsində fikir mübadiləsi aparılıb. Belə ki, “Bir millət, iki dövlət” ifadəsini açıqlayan elmi konfranslar və simpoziumların təşkili nəzərdən keçirilib. Tarix, mədəniyyət, fəlsəfə, ədəbiyyat, etnoqrafiya, memarlıq və digər kontekstləri əhatə edəcək müxtəlif elmi tədbirləri keçirməklə “Bir millət, iki dövlət” ifadəsinin konseptual şəkildə açıqlanması nəzərdə tutulub.

Daha sonra Bursa Osmanqazi Bələdiyyəsi tərəfindən ÖRDEKLİ Mədəniyyət Sənət Mərkəzinə, Panorama 1326 Bursa Fetih Muzeyinə və şəhər kitabxanasına ziyarət təşkil olunub. Ziyarətdə həmin müəssisələrin fəaliyyəti barəsində geniş məlumat verilib. Aparılmış danışıqlar zamanı əlavə olaraq Bursa şəhərində yerləşən mədəniyyət müəssisələrinin Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılmasına qərar verilib.

Qeyd edək ki, Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi ilə Bursa Osmanqazi Bələdiyyəsi arasında əməkdaşlıq çərçivəsində mədəniyyət işçiləri üçün qarşılıqlı təlimlərin təşkilinə dair razılığa gəlinib.

XƏBƏRLƏR

23.09.2020 16:22
Anar Kərimov Portuqaliyanın səfiri ilə görüşdü
23.09.2020 10:25
“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi başa çatıb
22.09.2020 16:24
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.2020 14:05
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək
22.09.2020 12:02
“Qarabağlı Pir Məhəmmədin “Mənaqibnamə”sinin nəşri” layihəsi həyata keçirilir
22.09.2020 10:09
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
21.09.2020 15:48
Azərbaycan və Özbəkistan arasında keçirilən xalq simli musiqi alətləri ifaçılarının müsabiqəsi başa çatıb
21.09.2020 15:13
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
21.09.2020 15:04
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 14:24
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.2020 10:30
Astarada tanınmış bəstəkar Oqtay Kazıminin xatirə lövhəsinin açılışı olub
21.09.2020 09:51
Seyid Əzim Şirvaninin “Qəzəllər” kitabı Özbəkistanda nəşr edilib
19.09.2020 17:43
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib
18.09.2020 18:16
“İrsimiz Məsuliyyətimizdir” layihəsinə start verilir
18.09.2020 17:20
Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmirdən sonra açılışı keçirilib
18.09.2020 16:41
“Güllələnmiş heykəllər” ziyarət olunub
18.09.2020 16:37
Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Çıraqqalada aparılan bərpa işləri ilə tanış olub
18.09.2020 15:50
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
18.09.2020 15:45
Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd olunub
18.09.2020 14:33
Musiqi Mədəniyyəti Dövlət Muzeyi Milli Musiqi Günü münasibətilə tədbir keçirib
18.09.2020 12:32
Milli Məclisin Mədəniyyət komitəsinin iclasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov iştirak edib