27.01.2020 09:10
Yanvarın 25-də Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Çahargah” dəsgahı konsert proqramı təqdim edilib.
Beynəlxalq Muğam Mərkəzinin layihəsi çərçivəsində keçirilən gecədə gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Nisbət Sədrayeva “Çahargah” muğamını ifa ediblər.