Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
246

Baş İdarə Milli Musiqi Günü münasibətilə yeni videoçarx təqdim edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tabeliyində olan Bakı Kamera Orkestri, Bakı Uşaq və Gənclər Teatrının iştirakı ilə Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən unudulmaz şəxsiyyət – dahi Üzeyir bəy Hacıbəylinin doğum günü qeyd edilən Milli Musiqi Gününə həsr olunmuş yeni videoçarx təqdim edir. Videoçarx “Light in Black” şirkəti tərəfindən çəkilib.

Dahi bəstəkarın “Arazbarı” əsərinin sədaları altında xalqımızı bu bayram münasibəti ilə təbrik edirik.

Üzeyir Hacıbəyli yaradıcılığına xas, folklorumuzdan irəli gələn nikbinlik, ruh yüksəkliyi ilə dolu musiqi isə qəlblərə inam gətirir və klip bəstəkarın ucsuz-bucaqsız səmaya, Tanrıya yönələn baxışları, ahəstə, eyni zamanda torpaqdan güc alan addımları ilə bitir.  

Qısa zamana sığan, rəmzlərlə dolu videoçarx isə milli mədəni irsimizin bir hissəsi olan musiqimizin ölməz klassikinin ruhuna ehtiramımızın ifadəsidir.

 Sözügedən videoçarxı aşağıdakı linkə daxil olaraq izləmək mümkündür:  

https://www.youtube.com/watch?v=36eecUjyv88

XƏBƏRLƏR

23.10.2020 15:58
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Zəngilandakı məscidin ermənilər tərəfindən təhqir olunması ilə bağlı BƏYANATI
20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb