Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1488

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb

Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Müstəqillik - tariximizin şah əsəri” adlı sərgi açılıb.

Sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, Ümummilli Liderin ideyalarının təbliği istiqamətində həyata keçirilən layihələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərə həsr olunmuş nəşrlər, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə özbək dilində çap olunan kitablar nümayiş etdirilir.

Əvvəlcə Mərkəzin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi ilə tanış olublar. Onlara Azərbaycanın istiqlaliyyəti, müstəqilliyimizin çətin sınaqlardan keçməsi, xalqımızın çətinliklə qazandığı müstəqilliyini yenidən itirmək təhlükəsi, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın nəhəng layihələr həyata keçirməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyinin layiqli üzvü olması və s. barədə məlumatlar verilib.

Mərkəzin foyesində təşkil olunan əl işləri sərgisində isə kurs və dərnəklərin şagirdlərinin Azərbaycanın dövlət rəmzləri, milli mədəniyyətimizə dair hazırladıqları maketlər, fiqurlar və suvenirlər nümayiş etdirilir.

Azərbaycanın nailiyyətləri, ölkənin qazandığı uğurları nümayiş etdirən fotosərgi də maraq doğurur.

Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərdə bu mövzuda dərslər keçirilib, Mərkəzin Azərbaycan Dövlətçiliyi Tarixi və Heydər Əliyev muzeylərinə şagirdlərin ekskursiyası təşkil olunub.

XƏBƏRLƏR

17.02.2020 15:07
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” layihəsi çərçivəsində şeir müsabiqəsi elan olunub
17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib