Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1904

Avropa Şurası Mədəni Marşrutlarının IX İllik Məşvərət Forumu keçirilir

Avropa Şurasının Mədəni Marşrutların Sahəvi İnkişafı Sazişi üzrə Katibliyin, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun habelə Rumıniyanın Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə 2-4 oktyabr 2019–cu il tarixində Rumıniyanın Sibiu şəhərində keçirilən Avropa Şurasının Mədəni Marşrutlar üzrə IX İllik Məşvərət Forumunda Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdir müavini Vüqar Məmmədov iştirak edir.

Mədəni marşrutlar üzrə sazişə üzv olan  ölkələrin təmsilçilərinin, bir sıra beynəlxalq təşkilatların, komissiyaların və sahəvi qurumların müxtəlif səviyyəli nümayəndələrinin qatıldığı forumda imkanlar və trendlər - transmilli Avropa potensialı, mədəni marşrutların perspektivləri və digər mövzularda sessiyalar keçirilir. Forum çərçivəsində cari il ərzində Avropa Şurası tərəfindən təsdiq edilmiş mədəni marşrutlarla bağlı aparılmış qiymətləndirilmələr ilə əlaqədar diskussiyalar aparılır.
 Eyni zamanda 2020-ci ildə 7-9 oktyabr tarixində Yunanıstanda keçirilməsi planlaşdırılan növbəti forumda əhatə ediləcək məsələr ətrafında fikir mübadiləsi təşkil edilir.

Səfər çərçivəsində Avropa Şurasının Mədəni Marşrutlar üzrə İdarə Heyətinin sədri Birgitta Ringbeck və sədr müavini - Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Levan Xaratişvili ilə görüş keçirilmişdir. Görüşdə qarşılıqlı əməkdaşlıq vasitəsilə potensialların daha səmərəli nümayişi, həmçinin müxtəlif təşkilatların cəlb edilməsi ilə mədəni marşrutların təbliğat-təşviqat işlərinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi