Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
473

Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı tədbir keçirilib

Azərbaycanda 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) bu ölkədə dahi şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirir.

“Nəsimi ili” çərçivəsində Özbəkistan Milli Elmlər Akademiyasının (ÖMEA) Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans keçirilib.

AMM və ÖMEA-nın birgə layihəsi ilə reallaşan beynəlxalq elmi konfransda Özbəkistan və Azərbaycanın tanınmış elm, ədəbiyyat və incəsənət xadimləri, nəsimişünas alimlər, tərcüməçilər, şair və yazıçılar iştirak edib.

Konfransı giriş sözü ilə institutun direktoru, professor Nizaməddin Maxmudov, ÖMEA-nın vitse-prezidenti, professor Baxrom Abduxalımov və AMM-nin direktoru, səfirliyimizin birinci katibi Samir Abbasov açıblar.

Nizaməddin Maxmudov Nəsiminin həyatı və yaradıcılığı, ayrı-ayrı şeirləri haqqında söhbət açıb, böyük şairin Özbəkistanda da çox sevildiyini diqqətə çatdırıb. Alim deyib ki, Azərbaycan Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə İmadəddin Nəsimi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil olunub.

Baxrom Abduxalımov bildirib ki, Nəsimi ancaq Azərbaycan xalqının yox, həm də bütün türk dünyasının, Şərqin şairidir. Şair bəşəri ideyalar təbliğ edib, insanları öz ideyası ətrafında birləşməyə çağırıb. B.Abdullayev vurğulayıb ki, təhsilini Azərbaycanın Şamaxı şəhərində alan böyük şair dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənib.

Samir Abbasov bu münasibətlə Özbəkistanda keçirilən tədbirlər, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib.

Nəsiminin yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edən diplomat Azərbaycan ədəbiyyatında eşq şairi kimi tanınan Nəsiminin şeirlərinin fəlsəfi baxımdan dünya poeziyasının inciləri sırasına daxil olduğunu bildirib.

Samir Abbasov “Nəsimi ili” ilə əlaqədar şairin qəzəllərinin özbək dilinə tərcümə olunduğunu və Daşkənddə nəşr edildiyini, şairin Özbəkistanda saxlanılan əlyazmalarının tapıldığını söyləyib.

Sonda o, dahi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş və yeni çapdan çıxan “Xəmsə”sinin xüsusi nəşrini iştirakçılara təqdim edib. S.Abbasov toplunu Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutuna və Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutuna bağışlayıb. O, Nizami Gəncəvinin “Xəmsə”sini tarixdə ilk dəfə olaraq bütövlükdə özbək dilinə tərcümə edən Özbəkistanın Xalq şairi Camal Kamala üzərində dahi Nizaminin rəsmi olan xalça hədiyyə edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Nəsimi və XV əsr özbək ədəbiyyatı” mövzusundakı məruzəsi maraqla qarşılanıb.

Alim bildirib ki, Nəsimi istər dini, istər fəlsəfi, istərsə də irfani hürufi, təfsirçi şəxsiyyətini şeirlə ifadə edib. Nəsimi elə bu özəlliyi ilə diqqəti çəkib. S.Şıxıyeva bir sıra ölkələrdə Nəsiminin təsiri ilə şeirlər yazan şairlərdən də danışıb.

Alim deyib: “Şairin sözü və düşüncəsinin təsir etdiyi coğrafiyada Özbəkistan bədii söz ustalarının xüsusi yeri var. Bu təsir dairəsi Lütfi, Hafiz Xarəzmidən başlayır və XX əsrə qədər davam edir”.

Tədbirdə akademik Tura Mirzəyev, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov, Xalq şairi Camal Kamal, filologiya elmləri doktoru İbroxim Xakkulov, AMEA Füzuli adına Əlyazmalar İnstitutunun bölmə müdiri, filologiya elmləri namizədi Kərimulla Məmmədzadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Fərid Hüseyn, Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Qayrat Məcid, filologiya elmləri namizədi Erqaş Oçilov, Buxara Dövlət Universitetinin dosentləri Xusniddin Eşonkulov, Zilola Amonova, tədqiqatçı-jurnalist Rüstəm Cabbarov və başqaları məruzələrində Nəsiminin mənəvi azadlığa, bəşəri dəyərlərə, əmin-amanlığa çağıran ölməz poeziyası haqqında söhbət açıblar.

XƏBƏRLƏR

29.01.2020 11:39
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi yeni pilot sorğu keçirmək niyyətindədir
29.01.2020 10:33
“Buratino” nağıl-tamaşası növbəti dəfə təqdim edilib
29.01.2020 10:33
Bakı Uşaq və Gənclər Teatrı fəaliyyətə başlayıb
29.01.2020 09:33
Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd edilib
28.01.2020 11:37
"Kreativ Azərbaycan" portalının tərəfdaşlığı ilə "Azerbaijan Design Award" müsabiqəsi keçiriləcək
28.01.2020 11:24
Akademik Milli Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
28.01.2020 11:22
Gənc Tamaşaçılar Teatrında uşaqlarla növbəti görüş maraqlı keçib
28.01.2020 11:21
Kukla Teatrının yaradıcı kollektivi yeni səhnə əsəri hazırlayır
27.01.2020 16:47
Firidun bəy Köçərlinin anım gününə həsr edilmiş “Əbədi yaşarlıq ünvanı” adlı tədbir keçirilib
27.01.2020 16:30
Musiqili Teatrda yeni səhnə əsəri hazırlanır
27.01.2020 15:08
Qubada Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar tədbir keçirilib
27.01.2020 12:29
Musiqili Teatr “Paris Notr-Dama ithaf”ı yenidən göstərib